beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

 Saç maskası (mayonez)

Saçlara qulluq etməyə bu həftədə davam edirik. Yenə çox asan edə biləcəyiniz, saçlarınıza çox yaxşı təsir edəcək bir maska var.Bu maska ilə saçlarınız möhkəmlənəcək və parlayacaq ipək kimi görünəcək.

Tərkibi:

Yarım çay stəkanı zeytun yağı

2 ədəd yumurta

1 xörək qaşığı alma sirkəsi

Hazırlanma qaydası:

Məhlulları mikserdə yaxşıca qarışdırın. Əldə etdiyiniz mayonezi quru saçlarınıza, bir daraq köməyi ilə çəkin.Bundan sonra saçlarınıza bu qarışığın yaxşıca yayılması üçün, isti su ilə isladılmış bir dəsmal ilə saçlarınızı bağlayın.20 dəqiqə qədər saxlayın sonra saçlarınızı şampunla yaxşıca yuyun və yaxşıca durulayıb, qurudun. Zeytun yağı saçlarınıza elastiklik verəcək, yumurta güc, sirkə isə parlaqlıq verəcək.


Tarix: 22.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri