beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız mövüsümünün gözəllik sirrləri

Gözəl görünmək bütün xanımların əbədi və əzəli arzusudur. Qadınlar bundan çox böyük zövq alır. Qadın gözəl görünürsə, onun əhvalı da yaxşı olur. Bu isə öz növbəsində əsəb sisteminə və ümumilikdə orqanizmə yaxşı təsir göstərir. Mükəmməl görünüş həm də özünəinam hissi yaradır ki, bu da insanlarla ünsiyyətdə çox vacibdir. Təcrübə göstərir ki, qadın istənilən yaş dövründə gözəl görünə bilər, əlbəttə ki, özünə hərtərəfli qulluq etməyi bacarırsa.
Üz dərisinə necə qulluq göstərmək lazımdır?
Üz dərisisnə kompleks qayğı tələb olunur. Çünki o, daim ətraf mühit və tempratur dəyişmələrinin təsirinə məruz qalır. Yaya aylarında dəri günəş şüaları, isti külək və toz qışda isə soyuq külək, şaxta və yağışın mənfi təsirinə müqavimət göstərməli olur.
Yağlı dəri - adətən yağlı dəridə iri məsamələr, burun ətrafı çənə hissələrində isə qara nöqtələr yaranır. Bu yağ vəzilərinin kanallarının tutulması nəticəsində naş verir. Yağlı dəriyə toz və çirk asanlıqla hopur, bununla belə, o, uzun müddət öz hamarlığını və elastikliyini qoruyub saxlayır. Digər dəri tiplərindən fərqli olaraq yağlı dəri gec qırışır.
Normal dəri - indi bu dəri tipinə çox nadir hallarda rast gəlmək olur. Belə dəriyə əsaslı quluq etmək lazım deyil. Normal dəri təravətli, hamar, elastik olur, üzərində iri məsamələr və parıltılı ləkələr əmələ gəlmir, qabıq vermir. Amma yaş ötdükcə normal dəri qurumağa başlayır və qayğıya ehtiyac duyur.
Qarışıq dəri - qarışıq dəri üçün müxtəlif dəri tiplərininn kombinasiyası səciyyəvidir. Belə dəriyə malik qadınlarda alın, burun və çənə hissələri yağlı və parıltılı, yanaqlar isə quru və dartılmış olur. Bu ən geniş yayılmış dəri tipidir.
Quru dəri - adətən, nazik və solğun olur. O, qabıq verir və tez qırışır. Belə dəri gənc yaşda çox gözəl olur. Zərif, hamar, xırda məsaməli. Amma yaş keçdikcə çox tez qırışlar əmələ gəlməyə başlayır. Quru dəriyə qayğı göstərmək üçün müxtəlif bitkilər əsasında hazırlanan tonlaşdırıcı vasitələrdən istifadə etmək məsləhətdir.
Yaşlı dəri - yaş keçdikcə dəri solğunlaşır, öz təravətini itirir. Gözlərin ətrafında incə, alın, gicgah, boyun və burun-dodaq nahiyələrdə isə dərin qırışlar əmələ gəlir.


Tarix: 19.06.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri