beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karyera, yoxsa ailə

Evdə qalmamaq üçün qadın nə etməlidir?
“Şəxsi biznesim, maşınım, evim var, amma həyatda nəsə çatmır...”

Qadınların “ailə, yoxsa karyera” seçimi

Yaxın keçmişdə qadınlar ailəyə daha çox bağlı idi. Amma indi onlar karyera, yaxud ailə seçimi qarşısında qalıb.

Psixoloq Elnarə Baxışlının sözlərinə görə, hazırda mühitin tələbləri bir az fərglidir. “İndi qadının müəyyən hüquqları, karyera məsələləri daha çox ön plana çıxıb. Məncə, qadının ailəsi olmalıdır, qadın həm də müəyyən bir yerdə işləməlidir, amma istənilən halda qadın üçün əsas ailə olmalıdır”.

Mütəxəssis qeyd edir ki, ümumiyyətlə, hər bir insanın həyatında üç əsas amil rol oynayır: sağlamlıq, ailə və iş. Kişilər üçün hər uç amili əhəmiyyəti sayır, qadınlar üçün bunları bir yerdə cəmləşdirmək çox çətindir. “İstər siyasi, istərsə də iqtisadi sferada qadınların çoxalması, daha aktiv olunması gündəmdədir. İndiki zamanda kişilərin müəyyən iqdisadi statuslarına nəzər yetirsək görərik ki, onlar əvvəlki qədər hegemon mövqedə deyil. Qadınlar zaman-zaman səlahiyyəti kişilərin əlindən alırlar. Buna görə qadınlarda karyera ön plana çıxır.

Falklorşunas Elxan Məmmədli deyir ki, mən ailə qurmayıb karyeranı fikirləşən xanimlara bəraət qazandırıram. “Bu insanların ev şəraiti, ev məsələsi o qədər problemə çevrilib ki, universiteti qurtarıb yalnız karyera dalıyca geden genclərimizi qınamıram”.
Deputat Gövhər Baxşəliyeva isə hesab edir ki, qızların karyeranı ailədən daha üstün tutmasına inanmır. “Hər bir qadın ilk növbədə bu dünyaya ana kimi gəlir və analıq missiyası təmin olmalıdır. Heç bir qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə görə bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir. Yaxud cəmiyyətmizdə ele qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Lakin həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər” .
İş qadını Aysel Məmmədova deyir: “Universiteti bitirdikdən sonra iş axtarmaga başladım, ailə haqda heç fikirləşmirdim. Elçilərim çox olub, amma mən onları bəyənmirdim kiminsə işi, kiminsə təhsili, xarici görünüşü məni qanə edmirdi. İndi 38 yaşım var. Bu illər ərzində şəxsi biznesim, maşınım, evim var. Amma həyatda nəsə çatmır, daha doğrusu, həyat yoldaşı...”.


Tarix: 29.12.2012 / 18:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 453 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri