beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürətli saç uzatmaq üçün nə edilməli?

Saçları necə sürətli uzada bilərik, sürətli və tez saç uzatmaq üçün nə edilməli?

Sürətli saç uzadan bitkilər, düsturlar və üsullar.. Saçımızın torbaya bənzəyən və folikul adı verilən parçası baş dərimizin altında olur. Bu qismə saç kökü deyilir və elə saçın canlı olan qismi də buradır. Bu kökdə olan saç hüceyrələrinin bölünməsiylə saç uzanır. Hər saç teli uzanar, uzanması yavaşlayar və bir müddət sonra tökülərək yerinə yeni saç teli çıxar.

Bir saç telinin ortalama həyat müddəti 2-6 ildir. Saç teli tək bir parça olaraq görünsə də əslində 3 parçadan meydana gəlirlər, bunlar: Kutikul adlı xarici lay, korteks adlı orta lay və nüvədir.

Saç teli bir ayda neçə sm uzanar və saç necə uzanar?

Saç telləri bir ayda təxminən 2,5 sm qədər uzanarlar. Bu uzanma dövrlər halında olar. Bu dövrlər saç folikulunun uzanması və istirahət etməsi iki növdür. İstirahət etmə dövründə saç uzanması keçici müddət dayanar. Buna klub saç deyilir. Klub saç bir sonrakı uzanma dövrünə qədər istirahət etmə müddətində qalar. Uzanma dövründə yeni bir saç gəlir və saçı folikuldan çölə atarsa saç tökülür.

Saç tellərinin uzunluğu o saç folikulunun uzanma müddətinə bağlıdır. Ümumiyyətlə folikullar 2 ilə 6 il aktiv olaraq yaşayarlar.

Qadınlarda saç uzanmasının daha sürətli olduğu dövr 15-40 yaşlar arasındadır, ən sıx ostrogen ifraz olunduğu dövrdür. Saç uzanma sürəti bioloji və ekoloji şərtlərə bağlıdır. Saçın uzanmasını təsir edən bir çox faktor vardır. Bunlar yaş, qidalanma, ümumi sağlamlıq vəziyyəti və hava vəziyyətindəki dəyişikliklərdir

Məsələn saç uşaqlarda yetkinlərdən daha tez uzanır. Bundan başqa yaz mövsümündə saçın uzanması, qışa görə daha sürətlidir. Saçı ya da tükləri kəsmənin daha sonrakı uzanması və ya daha sürətli uzanmasında hər hansı bir təsiri yoxdur.
Tez saç uzatmaq üçün Güldən Şənşəfəq düsturları
Sürətli saç uzatma yolu 1

Boymadərən, döyülmüş nar qabığı və senna suda 30 dəqiqə qaynadın. Bu suyu süzüb, lasyon konsistensiyasına gələnə qədər, küncüt yağı və çiy yumurta əlavə edərək qarışdırın. Sürətli saç uzanmasını təmin edən bu lasyon ilə saçınızı tez-tez yuyun.
Sürətli saç uzatma yolu 2

Rəndələnilmiş turp, suda 30 dəqiqə bişirildikdən sonra süzülür. Əldə edilən mayeyə yumurta sarısı əlavə edilərək umac halına gələnə qədər qarışdırılar. Hazırlanan umac ilə saçlar tez-tez ovularaq yumaq lazımdır


Tarix: 25.12.2012 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri