beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç tökülməsinə qarşı maskalar

Saç tökülməsi bu gün bir çox insanların, xüsusilə qadınların üzləşdiyi əsas problemlərdən biridir. Saç tökülməsinə bir sıra amillər səbəb ola bilər: qan azlığı, xəstəlik, stress, göbələk infeksiyaları və sairə ilə bağlı ola bilər.
Yumurta soğan maskası

1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlul saçın dibinə sürtün. Maska saçlarda 1-1,5 saat qalandan sonra, saçları ilıq su ilə yuyun.
Soğan maskası

3 ədəd soğanı xırda-xırda doğranır. Daha sonra çəngəl ilə suyu çıxana kimi əzib püre halına salın. Saçın dibinə sürtüb 1-2 saat saxladıqdan sonra yuyun.
Ballı maska

2 xörək qaşığı doğranmış soğan, 2 xörək qaşığı bal və 1 yumurta sarısı qarışdırın. Saça sürtüb 1-2 saat saxlayın.
Sarımsaq maskası

1 xörək qaşığı bal, 1 baş sarımsaq, 1 qaşıq aloe suyu, 1 yumurta sarısı yaxşı-yaxşı qarışdırın. Təcili istifadə edilməyəcəksə, yumurta əlavə edilmədən bir neçə gün soyuducuda saxlamaq olar. Maskadan əvvəl saçlar yuyulur. Daha sonra məhlul saça çəkilir. 30 dəqiqə saxlayandan sonra, ilıq su ilə yaxalayın.
Maya maskası

1 stəkan ilıq suya 4 yemək qaşığı maya əlavə edib əridin. Saç diblərinə masaj edərək yedirin. Saçları dəsmalla bükün və 1 saat gözləyin. Maya xəmiri qabartdığı kimi saçları da qurulaşdırır. Həftədə 2 dəfə etmək məsləhətdir.


Tarix: 05.07.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri