beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşləyən qadınlara gözəllik sirləri

Makiyaj
Tonal kremlər, qızarıqlıqları və sızanaqları bağlamaq üçün istifadə edilə biləcək ən praktik makiyaj vəsaitləridir. Dəri rənginizə eynilə uyğun gələn bir tonal krem sürtsəniz, tələsiklə bağlı səhv etsəniz belə fərq edilməz.Vaxtınız nə qədər məhdud olursa olsun kiprik qaldırıcıda istifadə etməyə laqeyd yanaşmayın. Saniyələr içində gözləriniz daha böyük, kiprikləriniz daha uzun görünəcək. Gözüstü rənglərdən və ya laynerdən istifadə etmirsinizsə, kipriiklərinizə üç qat qara ya da tünd qəhvərəngi kiprik üçün tuş sürtmək üzünüzə anında canlılıq qatacaq.
Rəngli dodaq nəmləndiricisi və ya parladıcı ilə saniyələr içində hazırsınız. Heç makiyaj etməsəniz belə tünd rəng pomada sürtərək vəziyyəti qurtara bilərsiniz. Qırmızı və tünd tonlarında bir dodaq boyası,ən adi halınızla belə makiyajlı görünmənizi təmin edər.
Qüsursuz əzələlər makiyajsız bir yüzdə belə böyük fərq yaradar. Barmağınıza aldıöınız bir parça şəffaf dodaq parladıcısıyla qaşlarınızı düzəldin. Beləcə qaşlarınız gün boyunca düz görünəcək.
Dırnaqlar
Bilirik, heç birinizin dırnaq boyası sürtüb də qurumasını gözləyəcək vaxtı yoxdur. Halbuki doğru dürüst bir manikür üçün ən az 15 dəqiqəyə (ayaqlarla birlikdə ən az 30 dəqiqəyə) ehtiyacınız var. Nəysə ki, dırnaqlarınız çox daha qısa müddətdə insan içinə çıxacaq görünüşə qovuşa bilər.Əvvəl dırnaqlarınızın içini təmizləyin və dırnaq diblərinizə bir az krem sürtün. Tünd rəng dırnaq boyası hər cür qüsuru göstərər. Vaxtınız dardırsa, şəffaf və rəngsiz bir dırnaq parladıcısı və ya açıq bənövşəyi dırnaq boyası sürtün.Hansı rəngi seçsəniz bir qatdan çox sürməyin, əks halda boyanız daha çətin quruyar. Əllərinizi təxminən 30 saniyə boyunca buz kimi suya saxlamanız da əməliyyatı sürətləndirəcək.
İşlə qadının hər an hər şeyə hazır olması lazımdır. Məsələn manikür əsnasında sürtdükləri o nəfis dırnaq boyasının səhər oyandığınızda qorxunc göründüyünü fərq etdiniz. Bəzi yerləri qopmuş, çatlamış, Üstəlik evdə aseton da qalmayıb!Çaxnaşmaya gerek yoxdur, hər hansı bir lakı tək qat halında sürtüb dərhal silsəniz, altda qalan lakda lak da çıxacaq.
Laksız dırnaqlar da cazibədar görünə bilər. Yumşaq bir dırnaq törpüsüylə dırnaqlarınızın üstünü törpüləsəniz, bir neçə gün boyunca üzərlərində şəffaf lak varmış kimi görünəcəklər. Amma diqqət yetirin, bu əməliyyatı həftədə birdən çox etmək dırnaqlarınıza zərər verər.
Saniyələr içində hazır olun
Araşdırmalar, dəri baxımına gündə ortalama beş dəqiqə ayırdığımızı göstərir. Amma bu zamanı yarıya endirmək belə mümkündür.
Səhər aldığınız duşun müddətini və suyun istiliyini azaldın. Uzun uzun duşda qalmaq, üstəlik bunu həddindən artıq isti suyun altında etmək həm gərəksizdir, həm də dərinizi təbii yağlarından təmizləndirərək qurumasına səbəb olar.Yatmadan əvvəl dərinizi təmizləməniz səhər bir neçə dəqiqə qazandıracaq. Onsuzda təmiz olan üzünüzü niyətəkrar yuyasınız ki?Nəmləndiricinizin içində dərinin bütün gün nəmli qalmasını təmin edən turşu var.
Saç
Saç yumaq zəncirləmə reaksiyaya bənzər; şampun, nəmləndirici, fen, parlaqlıq verən vəsaitlər... Eh, bütün bunlar da səhərlər minimum 45 dəqiqəni gözdən çixarmnız deməkdir. Bu vaxt unutmayın, saç yuduq bir gün sonra daha gözəl görünər. O halda müraciət etməniz lazım olan hiylələr...Saçınızı d dünən səhər yumuşdunuz, amma siqaret və yemək qoxuları üzərinə yapışıb qaldı. Narahat olmayın, saçınızın yalnız görünən qisimlərini və ətəyini yuyub qurutsanız, saçınızın təmiz görünər.
Həftədə iki dəfə salonda fön çəkdirmək; işlə qadın üçün tam bir qurtarıcıdır. Saçlarınızın çirklənmə müddətinə bağlı olaraq, ən az iki gün boyunca "Saçım bu gün necə görünür?" stresi yaşamadan evdən çıxa bilərsiniz.
Saçlarınız elektrikləndisə və artıq dalğaları görünməz hala gəldisə, görünən hissələrinə bir spreylə vurun , sonra da qıvırıb broşla vurun. Evdən çıxmaq üzrəykən açdığınızda, saçlarınızın daha düz olduğunu görəcəksiniz.Saçlarınız tamamilə idarədən çıxdı, amma isti maşayla, fön çəkməklə məşğul olacaq vaxtınız yoxdur! Nəmləndirici xüsusiyyətə sahib durulanmayan bir məhsul sürtdükdən sonra sıx bir toppuz yığın. Tam evdən çıxarkən açın və əlinizlə düzəldin.Saçınızı ayırdığınız yönü dəyişdirməniz, saçınızın daha həcmli və dolğun görünməsini təmin edər.
Atquyruğunun gücünü kiçik hesab etməyin. Saçınızı qəşəng bir saç broşuyla atkuyruğu edib, saniyələr içində evdən çıxmağa hazır ola bilərsiniz. Bu vaxt, mövsümün saç trendlərini də göz ardı etməyin.
Saçınıza və dərinizə nəm verməsi üçün yataq otağınıza havanı nəmli tutan bir buxar aləti qoyun.
Səhər qalxdığınızda dırnaq diblərinizin manikürlü kimi görünməsi üçün yatmadan əvvəl əllərinizə və dırnaq diblərinizə sıx nəm verən bir krem sürtün.Saçlarınız uzundursa, iki yandan hörərək yatın. Həm bir-birlərinə dolaşmazlar, həm də son dərəcə düz dalğalarınız olar. Parlaqlıq verən bir serumla son nöqtəni qoyun.
İpək və satan yastıq örtükləri istifadə etsəniz füniniz daha uzun müddət qalmasına komək edər. Üzünüzdə yaranan yastıq izlərindən xilas olmanız kömək edər.


Tarix: 16.06.2013 / 12:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri