beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuducuda Gözəllik Var...

Bal-yumurta ağı maskası:



Bu maska üçün ehtiyacınız olan vəsaitlər; 3 yemək qaşığı bal, 1 yumurta ağı və bir miqdar buğda unu.

Yumurta ağını qar kimi olana qədər çırpın və içinə balı əlavə edin. Əgər əldə etdiyiniz qarışıq çox axıcısa bir az istilədin.

Daha sonra bu qarışığa sıx bir püre konsistensiyası ibarət olana qədər un əlavə edin. Ən yaxşısı maskanı üzünüzə bir fırça köməyiylə çəkmək.

Təsirini göstərməsi üçün 30 dəqiqə gözləyin. Daha sonra ilıq suyla durulayın.

Qatıq maskası: Qatıqdan hazırlayacağınız maska dərinizin təzə və təmiz bir görünüş qazanmasına köməkçi olacaq.

2 yemək qaşığı qatıq, 1 çay qaşığı bal, 1 çay qaşığı limon suyunu qarışdırın, üzünüzə çəkin və 20 dəqiqə təsir etməsini gözləyin. Daha sonra üzünüzü 1 litr suyun içinə sıxdığınız 1 ədəd limonla hazırladığınız suyla yuyun.

Qara nöqtələrə bal: 3 qaşıq bala 2 qaşıq qatıq və yulaf unu.

Vəsaitləri bir-biriylə qarışdırın. Əldə etdiyiniz qarışıq üzünüzdə peeling funksiyası yerinə yetirəcək. Üstəlik bu maskanın dəridəki tahrişleri önləyici bir təsiri də var.

Banan müalicəsi: Saçlarınızda ballı bananlı baxıma nə deyərsiniz? Bananlı saç baxımı üçün bir bananı püre halına gətirin və 1 yemək qaşığı balı içinə əlavə edin.

Banan və bal qarışığını kremsi bir quruluş əldə edənə qədər qarışdırın. Daha sonra saçlarınızı isti suyla isladın və qarışığı saçlarınıza və saç dərinizə yaxşıca yedirin.

Saçlarınızı yığın və dəsmalla sarın. İstilik bu müalicənin saçlara daha dərin bir şəkildə təsir etməsini təmin edəcək.

20 dəqiqə sonunda saçlarınızı yaxşıca durulayın və hər zamanki kimi şampunla yuyun.

Müalicə sonunda saçlarınızın dolğunlaşdığını və sağlam bir görünüşə qovuşduğunu fərq edəcəksiniz.

Gözəl bir dekolte üçün xiyar:

1 ədədxiyarı rəndələyin, dekolte qisiminə və sinələrinizə çəkin.

Nəmli və isti bi r dəsmalı üzərinə qoyun və 20 dəqiqə gözlədin. Rəndələnilmiş xiyarları dəsmalla təmizləyin amma durulamayın. Dərini yatırar və kifayət qədər nəmlənməsini təmin edər.

Ləkələrə qarşı limon:

Bir limonun suyunu suyla nazildin və bir qaba boşaldın. Barmaq uclarınızı təxminən 5 dəqiqə boyunca içində gözlədin. Sarı ləkələrin itdiyini görəcəksiniz.


Tarix: 04.07.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri