beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı dodaq boyası kişilərin cibinə ziyandır

Qadınların istifadə etdiyi qırmızı dodaq boyası kişilərə təsir edir. ANS PRESS-in "MEDdaily"yə istinadən verdiyi məlumata görə, Fransanın Cənubi Bretan universitetinin mütəxəssisləri araşdırma apararaq bu qənaətə gəlib. Onlar ofisant qızlardan qırmızı, çəhrayı, qəhvəyi dodaq boyası sürtməyi və ya heç boyadan istifadə etməməyi xahiş edib. Qızlar 3 restoranda 447 müştəriyə qulluq edib.

Məlum olub ki, qırmızı boya istifadə edən qadınlara kişi cinsinin nümayəndələri daha çox "bəxşiş" verib.

Alimlər qeyd edir ki, qırmızı rəng estroqen, ehtiras və sağlamlıq göstəriciləri ilə assosiasiya təşkil edir. Bu rəng qadın haqqında pozitiv təsir yaradır.


Tarix: 13.06.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri