beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səpgilər üçün xüsusi maskalar

Yetkinlik dövrü ilə başlayaraq həyatın müəyyən hissələrində qarşımıza çıxan sızanaqlar, dəri üzərində irili xırdalı izlərin qalmasına səbəb ola bilir. Əgər sizin də dəriniz üzərində bu ləkələnmələr mövcud isə evlərinizdə hazırlayacağınız xüsusi maskalar ilə bu ləkələrdən rahatlıqla xilas ola bilərsiniz.
Palıd ağacı və gülsuyu ilə hazırlayacağınız məcun sızanaq izləri üçün ən yaxşı təbii həllərdən biridir. Bu maskanı sızanaq izləri üzərində ya da üzün hamısında gün həddindən artıq və ya gündəlik olaraq istifadə edə bilərsiniz. Maska sızanaq izlərinin zaman içində görünüşlərinin azalmasını təmin etdiyi kimi dərinizə parlaqlıq və yumşaqlıq qazandıracaq.
Sızanaq izləri üçün təbii maska tövsiyəsi ( 2 )
Limon suyu ehtiva etdiyi təbii ağardıcılar ilə dəridəki ləkələrin müalicəsi üçün idealdır. Bir limon suyunu sızanaq ləkələrin üzərinə çəkin və 10-15 dəqiqə gözlədikdən sonra ilıq suyla durulayın. Limon suyunun dezavantajı isə dəridə quruluq yaratmasıdır. Bu əməliyyatı etdikdən sonra mütləq nəmləndirici istifadə etməlisiniz.
Sızanaq izləri üçün təbii maska tövsiyəsi ( 3 )
Pomidor və xiyar dərinizə canlılıq qazandırmaq və sızanaq izlərindən xilas olmaq üçün istifadə edə biləcəyiniz digər təbii məhsullardır. Pomidor və xiyarı yaxşıca əzib qarışdıraraq üzünüzə çəkin. Pomidor təbii ağardıcı, xiyar isə antioksidan xüsusiyyəti ilə dərinizə parlaqlıq, sızanaq izlərinin görünüşündə azalma təmin edəcək.


Tarix: 03.07.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri