beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç üçün faydalı qida

Saçın əsas komponenti – protein zülalıdır. Bu zülalla zəngin olan qızıl balığı yemək saçlar üçün xüsusilə faydalıdır. Tərkibində olan doymamış yağlar baş dərisi (ümumiyyətlə dəri) üçün xeyirlidir. Həmçinin proteini yumurta və süd məhsullarından ala bilərsiniz. Bundan əlavə yumurta B12 vitamini və biotin ilə boldur, bu isə gözəlliyiniz üçün gərəklidir.
Qoz və brazilya qozunda sink adlı maddə var ki, onun çatışmazlığı hallarında saçlar qırılaraq tökülməyə başlayır. Həmçinin brazilya qozunun tərkibində olan selen baş dərisinin sağlamlığına xidmət edir. Qoz növlərinin hamısında B qrupuna daxil olan vitaminlər var.
Gözəllik vitamini sayılan E vitamini ilə bol olan avokadonu hər gün yemək məsləhətdir. Brokoli və ispanaq isə A və C vitamni ilə zəngindir. Bu isə dəridə olan sebum hissəciklərini artırır və saçlarımızın daim su ilə qidalanmasına xidmət edir.
E vitamininin daha bir mənbəyi zeytun yağıdır. Salatlarınıza zeytun yağını əlavə etməyi unutmayın. Gün ərzində çoxlu su için.
Yadınızda qalsın ki, pəhriz saxlamaq baş dərisi və saçlar üçün stres deməkdir. Nəticədə onlar tökülür və parlaqlığını itirir. Buna görə daima əlinizin altında su saxlayın.
Saçların sağlamlığı üçün meyvə, tərəvəz, süd məhsulları və zülal ilə zəngin olan qida növlərinə üstünlük verməyiniz vacibdir.


Tarix: 02.07.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri