beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçların daha gur və parılıtı olması üçün maskalar

Saçlarımız çox gec uzanır və cansızlaşır. Cansız saçlarımızı canlandırmaq üçün aşağıdakı maskalardan istifadəe də bilərsiniz.
2 ədəd yumurta sarısına 2 xörək qarışığı gənəgərçək yağı, 1 çay qaşığı xardal tozu, 1 xörək qaşığı limon şirəsi və ya sirkə töküb qarışdırırıq. Alınmış qarışığı saçın dibinə çəkib 40 dəqiqə gözləyirik. Sonra saçları yumşaldan şampun və ya 1 litr suya 2 xörək qaşığı çobanyastığı ilə yaxalayırıq. Nəticə: gözəl saçlarınızla fəxr edin.
Yağlı saçlar hər bir qadının baş bəlasıdır.
Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir qadın özünə qulluq etməyi bacarmalıdır.
Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb,yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır.
Bunu da ətir vasitəsilə ardan qaldıra bilərsiniz
Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız. Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.
Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə bilər.


Tarix: 04.07.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri