beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

++++++++Çirkli saçların avantajı var desək?

Saçlarınızı hər gün yumursunuzmu? Yaxşı sizə yumamanız üçün bir neçə səbəb təqdim edə biləcəyimizi söyləsək nece olar? Bəli, doğru söyləyirik, saçınızı hər gün yumanıza ehtiyac yoxdur, hətta bunun bəzi üstünlükləri var.



Saçınızı nə qədər çox şampunlasanız, saç tellərinizin ehtiyacı olan təbii yağı da o qədər çox yox edərsiniz. Bu da parlaq saçlara sahib olma şansınızı getdikcə salar və hətta saçlarınızın qurumasına belə səbəb ola bilər.



Təmiz saçı formaya salmaq daha çətindir. Saçın ən yaxşı forma alması üçün bir gün keçməsi daha rahat olar. Evdə öz özünüzə etdiyiniz bir hörüyün belə yeni yuyulmamış saçda daha gözəl dayandığını özünüz də görə bilərsiniz.
Əgər saçlarınız rənglidirsə, saç rənginizin canlılığını itirməməsi üçün hər gün şampunlamaqdan imtina etməniz lazımdır. Saçlarınızın uclarındakı parlaqlıqların uzunmüddətli olması üçün saçlarınızı şampunlamaq üçün ən azı 1 gün keçməsini gözləyin.



Saçlarını yumağa zamanı olmayanlar, xüsusilə işləyən qadınlar üçün də gözəl bir xəbərdir bu. Saçınızı iki üç gündən bir yumanızın heç bir zərəri olmadığı kimi, bir də zaman qazandırar. Saçlarınızın yağlı görünməsindən çəkinirsinizsə bunun qarşısını alan məhsullar da var. Quru şampunu heç eşitmisinizmi? İndi sizə bir az da ondan bəhs edək.




Quru şampunlar saçı təmizləmir ancaq, saçın yağının çoxunu alarr, gözəl və təmiz iy verməsini təmin edir. Saç stilistleri quru şampunu saça dolğunluq vermək məqsədiylə də istifadə edir.


Tarix: 29.06.2013 / 12:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri