beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl dırnaqları orqanizmdəki bütün xəstəliklər barədə danışır

Dırnaqlarla anemiyanın əlamətləri, ağ ciyər problemləri, göbələk xəstəliyinin mövcudluğunu aşkar etmək olar. Bu barədə Trend "The Times of India" qəzetinə istinadən məlumat verir.
Belə ki, əgər dırnaq örtüyü sarı rəndədirsə və lay-lay olursa, onun göbələk virusuna yoluxması mümkündür. Həmçinin qaraciyər, limfa sistemi və ya xroniki bronxit kimi ağ ciyər xəstəliyinin olması da istisna edilmir.
Dırnaq altındakı qara xətlər dəri xərçənginin-melanoma riskinin yüksək olması ilə bağlıdır. Ekspertlər xətlərin aşkar olunması zamanı dərhal mütəxəssislərə müraciət etməyi tövsiyə edirlər. Barmaqların uclarının qeyri-adi şəkildə böyüməsi və dırnaqların əyilməsi isə ürək və ağ ciyər xəstəlikləri (anadangəlmə qüsur, xroniki ağ ciygər infeksiyası, qara ciyərin serrozu və ya ürəyin kameralarının infeksiyası istisna edilmir) nəticəsində qanda oksigenin çatışmazlığının göstəricisidir. Ən geniş yayılmış səbəblərdən biri ağ ciyər xərçəngidir.
Çatlamış və ya üzəri çökəklərlə örtülmüş dırnaqlara tez-tez psoriaz, xroniki dermotit, ocaq alopetsiyası və ya artrit xəstəliyi olan adamlarda rast gəlinir. Dırnaqlar üzərindəki zolaqlar isə aşağı temperaturun təsirinə məruz qalan, Reyno xəstəliyindən əziyyət çəkən, nəzarət olunmayan diabet, sətəlcəm, qızılca və qan dövranı xəstəlikləri olan adamlarda müşahidə olunur.
Dırnaqların qaşıq şəklində əyilməsi (daha doğrusu, möhkəm əyilmiş) bərk zədələnmələrlə, neft həlledicilərindən istifadə ilə bağlı olur, diz qapaqlarının yerdəyişməsi sindromunun mövcudluğu, böyrəklərin və skeletin inkişafdan qalmasının əlamətidir. Belə bir sindrom anemiyadan əziyyət çəkən adamlarda da tez-tez müşahidə olunur. Dırnaq örtüyünün böyük hissəsi ağ rəngdə olduqda, o zaman qara ciyər serrozunu, diabeti, durğun ürək çatışmazlığını yoxlatmağa dəyər.


Tarix: 26.06.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri