beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləri necə ifadə etmək olar ?

HƏCMVERİCİ TUŞ.
Kirpiklərin həcmli görünməsinə kömək edir.Əsasən,seyrək kirpikləri olan qadınlar üçündür

ADİ TUŞ.
Bu tuşlar müxtəlif rəngdə olur:tünd qəhvəyi,mavi,yaşıl,rəngsiz və əlbəttə ki, qara.Yaxşı olar,tuşlardan göz və ya gheyim rənginə görə istifadə edəsiniz.

SUYADAVAMLI TUŞ.
Əsasən linza taxan xanımlar istifadə edirlər.Unutmayın ki,onu silmək asan deyil.Bu zaman yağlı vasitələrdən istifadə edə bilərsiniz.

QEYRİ-ADİ HƏCM.
Tuşun fırçası nazik görünsə də,inanılmaz həcm verir.Tuşun birinci qatını nazik çək,qurumasını gözlə,sonra ikinci qatı çək.

KİRPİKLƏRİ ARALAYAN TUŞ.
Bu növ tuş kirpiklərin bir-birinə yapışmasının qarşısını alır.Onun bir tərəfi adi fırça ,digəri isə kirpiklər üçün daraqdan ibarətdir.

UZADAN TUŞ.
Əsasən,irpikləri qısa,lakin həcmli olan xanımlara uyğun gəlir.Bu növ tuşları seçərkən fırçaya diqqət yetirməyi unutmayın.

BURAN TUŞ.
Bu tuş kirpikləri yuxarıya doğru burur və baxışları daha ifadəli edir.Onlar həm uzadan,həm də həcmverici tuşlarla kombinasiyada istehsal edilir.


Tarix: 28.06.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri