beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz makiyajı hiylələri......

Bunun üçün aşağıdakı üsullara diqqət yetirmək lazımdır...

Göz kölgəsini çəkmədən əvvəl göz qapağınızı mütləq hazırlayın - bir az tonal krem və üzərinə yüngül pudra çəkin. Fırçanızı boya ilə çox yükləməyin, yüngülcə ton verərək başlayın və kölgələri getdikcə istəyə görə çoxaldın. Sanki üzərinə çıxacağınız qatlardan əvvəl təməl atırmışsınız kimi.

İki, üç ya da dörd rəngli göz kölgələri sizi çaşdırır? Ən açıq rəng başlanğıc üçündür- bütün göz qapağına yayılar, orta tondakı iç yarısı üçün və ən tünd olan gözün xarici yarısı kontur xətti üçün daha uyğundur.
Hələ də rəng kombinasiyaları haqqında şübhənizmi var? Tək və təbii bir rənglə bütün göz qapağınızı kölgələyə bilərsiniz.

Kölgənizin əsla gözünüzün iç ya da xarici künclərindən kənara çıxmasına icazə verməyin. Bu makiyajınızın həddindən artıq görünməsinə səbəb olar.
Tünd ya da uzun müddət davamlı, qalıcı bir rəng istəyirsinizsə, kremin üzərinə toz kölgə sürtün.
Kölgəni sürtdükdən sonra rəng çox olarsa, pambıqla yüngülcə silin ya da dərinizin rəngində bir rənglə tonunu açın.

Göz kölgəsi eyeliner əvəzinə yaş ya da quru halda çox asan istifadə edilə bilər. Yalnız kirpikləriniz boyunca tətbiq etmək üçün uyğun bir fırça tapmanız kafidir.
Gözlərinin iç künclərini açıq rəng, parıltılı bir qələmlə rəngləsəniz, daha parlaq görünüş əldə edərsiz.
Gözlərinizi tünd rəng qələm ya da kölgə ilə çərçivələmək onları daha balaca göstərəcək. Əgər gözləriniz balacadırsa diqqətli olun.


Tarix: 27.06.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri