beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıda 19 yaşlı qızın inanılmaz hərəkəti

Mayın 31-də Bakıda polisə qeyri-adi məlumat daxil olub. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında paytaxt sakini 1955-ci il təvəllüdlü Bağırova Mailə Ağamusa qızı müraciət edərək 19 yaşlı qızının törətdikləri barədə məlumat verib. 58 yaşlı qadın bildirib ki, onun qızı 1994-cü il təvəllüdlü Bağırova Səbinə Mirəli qızı evdən 3500 manat pulu və 10 min manat dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. 19 yaşlı qız evdən gedərkən özünə məxsus sənədləri də götürüb.

M.Bağırova qızının kiminlə hara getməsindən xəbərsiz olduğunu deyib. O Səbinənin xarakterik əlamətlərini polisə bildirib.


Tarix: 11.06.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri