beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kipriklər və gözlər üçün maskalar...

Kipriklər və gözlər üçün maskalar
Kirpikləri hər gecə gənəgərçək, yaxud badam yağı ilə masaj etmək yaxşı təsir gostərir.
Bu, onların yaxşı uzanmasına, sıx və daha tünd olmasına kömək edir.
Yorğunluqdan şişmiş və qızarmış gözləri çobanyastığı və çay dəmi ilə kompres etmək lazımdır. Kompresləri ayrı-ayrılıqda, yaxud da növbə ilə etmək olar. Bunun üçün gözünüzün ölcüsünə uyğun içərisinə çobanyastığı və çay qoyulmuş yastıqcalar tikmək olar. Yastıqcaları ilıq suda isladıb gözünüzə qoyun və beş dəqiqədən sonra dəyişin. Prosesi bir neçə dəfə təkrar etmək olar.

Gözünüzün altı şiş olarkən soyuq çay kompresi məqsədə uyğundur.
Bundan başqa, gözünüzün altında kölgə varsa, oraya sərin kartofdan kəsilmiş nazik dilim qoymaq olar. Əgər tənbəllik etmirsinizsə, kartofu sürtgəcdən də keçirə bilərsiniz. Südü donduraraq əldə edəcəyiniz buz göz kölgələrini aradan qaldıracaq əvəz olunmaz vasitədir. Adaçayının tünd dəmindən də sərin halda istifadə edə bilərsiniz. Gözünüzlə məşğul olarkən dairəvi kosmetik pambıqlardan istifadə etsəniz həm komfort hiss edərsiniz, həm də vaxt udarsınız.
Göz ətrafına krem çəkərkən ehtiyatlı olun. Unutmayın ki, bura dərinizin ən zərif hissəsidir. Üz üçün olan kremlər bu məqsədlə istifadə edilməməlidir. Bunun üçün çox əlverişli qiymətə satılan xüsusi kremlər var. Kremi gözünüzün ətrafına barmaqlarınızın ucları ilə döyəcləyərək çəkin. Bu, kremin eyni səviyyədə yayılması ilə yanaşı, qırışlara qarşı masaj kimi də təsir edir.


Tarix: 27.06.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri