beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyajda vizual “qocalma” səbəbləri

Makiyaj bacarıqlı əllərdə çox böyük "möcüzələr" yaradacaq bir vasitədir, amma bacarıqsız əllərdə bu, sadəcə və sadəcə insanı eybəcərləşdirən bir vasitəyə çevrilir. Bəzən makiyaj xanımların gözəlliyin vurğulasa da, həddən çox istifadə ancaq və ancaq bu gözəlliyi bərbadlığa çevirməklə bərabər, xanımlara olduqlarından daha yaşlı bir görünüş bəxş edir. Makiyaj edərkən professional vizajist və kosmetoloqlar tərəfindən hazırlanmış aşağıdakı məsləhətlərə diqqət yetirsəniz, məncə hər şey daha gözəl alınar. Siz də bu səhvlərə yol verməyin:





1. Tonlaşdırıcı kremin çox qalın qatla çəkilməsi

Düzgün seçilməmiş tonal krem dəridə "maska" effekti yaratmaqla bərabər insanı bir neçə yaş qoca göstərir. Ona görə də, çalışın ya tonlaşdırıcı kremdən daha az istifadə edəsiniz, ya da tonlaşdırıcı effektə malik hamarlaşdırıcı kremlərən istifadə edəsiniz. Tonal krem çəkdikdən sonra sponjla (makijaj zamanı istifadə edilən süngər) yüngülcə qırışların üzərinə toxunmaqla tonlaşdırıcı kremin artıqlarını hopdurun. Dərini tonlaşdırıcı kremlə həddən artıq yükləməyin. Əgər dəri ümumilikdə təmizdirsə və gözlə görünən çatışmazlıqları yoxdursa, çalışın sadəcə gözlərinizin altındakı qara kölgələri korrektor vasitəsilə örtün, üzünüzə isə yüngülcə matlaşdırıcı və ya parıltı effekti verən kirşan vurun.

2. Makiyaj altı əsasın həddən artıq açıq çalarda olması

Düzgün seçilməmiş tonlaşdırıcı krem - həddən artıq açıq rəngli - üzünüzdəki qırışları nəinki vurğulayacaq, hətta daha dərin göstərəcək. Hətta dərinin rəngi fil sümüyündən də açıq olsa da vizajistlər yaş ötdükcə daha isti çalarlardan istifadə etməyi tövsiyə edirlər. Tonlaşdırıcı krem seçərkən dərinizdən yarım ton tünd rəng seçin və çalışın tərkibində parıltı hissəcikəri olsun.

3. Göz altında həddən çox korrektorun istifadə olunması

Yaş ötdükcə göz altı dəri getdikcə daha da nazikləşməyə başlayır, ona görə də həddən çox çəkilmiş korrektor qələm ona şit (vulqar) görünüş verir. Çalışın kist vasitəsilə çəkilə bilən və qalınlığını tənzimləmək daha asan olan maye halında olan vasitələrdən istifadə edəsiniz. Çalışın korrektoru bütün göz altı hissəyə deyil, ancaq qaraltı olan hissələrə çəkin.



4. Üzünüzün hər yerinə çəkilmiş kirşan

Kirşan üz dərisini çox gözəl matlaşdırır və üzün T-zonasında (burun və qaşların üzəri) olan yağlı parıltını yox edir, amma üzün digər hissələrinə çəkilmiş kirşan qırışları vurğulamaqla bərabər dərini olduğundan da quru göstərir. Yalnız bir halda - müştəri professional fotoqrafın fotosessiyasına hazırlaşanda professional vizajistlər orta yaşlı qadınların bütün üzlərinə kirşan vururlar. Heç bir halda göz ətrafı əriyə kirşan vurmayın.

5. Yanaqların "almacıq" hissəsinə ənliyin çəkilməsi

Yanaqların almacıq hissəsinə çəkilmiş ənlik dəriyə lazımsız diqqət cəlb edir. Bunun əvəzinə ənliyi yanaq əzələsinin üzərinə çəkin sonra isə kistlə azacıq yayın. Parlaq və tünd rənglərdən qaçın; onlar vizual olaraq qocaldır. Təbii və neytral tonlardan istifadə edin.

6. Nahamar çəkilmiş dodaq boyası

Yaş ötdükcə dodaqların kənar xətləri öz dəqiqliyini itirir və dodaq boyasından istifadə edərkən "yaxılmış" effekt yaranır. Ona görə də, yaş ötdükcə dodaqların kənar xətlərini dəqiq vurğulamaq üçün dodaqlar üçün korrektor qələmlərdən istifadə tövsiyə olunur.

7. Parlaq rəngli dodaq boyaları

Parlaq rənglər, tünd çalarlar, metallik parıltı və rəngarəng parıltılar orta yaşlı qadınlara tamamilə uyğun olmaz. Bu vizual olaraq dodaqları "ağırlaşdırır" və yaşı artıq göstərir. Daha yaxşı olardı ki, bu yaşda olan xanımlar çəhrayı rəngin neytral tonundan istifadə etsinlər. Daha yaxşı olardı ki, ümumiyyətlə dodaq boyası əvəzinə dodaq üçün parıltılara keçsinlər - onlar dodaqları həm hamarlaşdırır, həm də daha həcmli göstərir.

8. Aşağı göz qapaqlarına çəkilmiş tuş

Aşağı göz qapalarına çəkilmiş "qaz ayağı" effekti yaratmaqla bərabər, gözaltı kölgələri vurğulayır, ona görə də, aşağı göz qapaqlarına tuş çəkmək tövsiyə olunmur. Amma gözün üst qapağına qara rəngli tuş çəkməyə dəyər - çünki o, göz ağını daha da vurğulayır. Kiprik qatlayandan da istifadə edin, çünki bu üst göz qapaqlarınızı bir az qaldırmaqla yanaşı vizual olaraq gözlərinizi bir neçə yaş cavanlaşdıracaq.

9. Gözün alt qapağının rənglənməsi

Gözün alt qapaqlarına içdən və kipriklərin arasından başdan-başa çəkilmiş qələmlə siz həm vizual olaraq gözlərinizi kiçildirsiniz, həm də, diqqətləri gözaltı qaraltılarınıza yönləndirirsiniz. Çalışın ancaq gözlərinizin üst qapaqlarına qələm çəkin və gözlərinizin çöl sonluqlarına doğru yuxarıya qaldırın nisbətən, çünki onsuz da yaş ötdükcə göz sonluqları aşağıya doğru sallanmağa başlayır.

10. Gözün çöl kənarlarında parıltılı kölgələrdən istifadə

Gözlərinizi makiyaj edərkən azacıq parıltı heç vaxt mane olmaz, amma parıltıdan gözünüzün kənar qurtaracaqlarında istifadə etməyi ağlınıza belə gətirməyin - parıltılı kölgələr göz ətrafındakı hər qırışı belə vurğulayacaq. Parıltını daha yaxşı olardı ki, gözünüzün iç kənarlarına, üst göz qapağının orta hissəsinə və qaşın qurtaracağının alt hissəsində istifadə edəsiniz.


Tarix: 27.06.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri