beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən baxımı üçün nələr etməliyik?

Bədən baxımı üçün, ilk etməmiz lazım olan şey dəri tipimizi təyin etməkdir. Dəri tipini təyin etmənin ən asan yolu, barmağımızı dərinizin üzərində yavaşca gəzdirməkdir. Əlimizə yüngül yağlı bir hiss gələcəkdir. Bu dərini qoruyan sebum və su təbəqəsidir. Sebum yəni yağ nisbəti dəri tipimizi təyin edər. Sebum ora az isə dəri quru; çox isə dəri yağlı olar.
Quru dərini anlamaq asandır. Toxununca quru və sərtdir. Tez-tez qaşınar, gərilər, çatlayar və soyular. Əhəngli su və sabun quru dəriyə yaxşı gəlməz. Bu səbəblə duşdan sonra qızarıqların meydana gəldiyi müşahidə edilə bilərik. Quru Dəri, məsamələri kiçik və dəri çox incədir. Gündəlik baxım kremi istifadə edilsə də gərginlik və quruluq davam edə bilər.
Yağlı dəri isə quru dərinin tam tərsi olaraq toxununca sürüşkənlik hissi verər. Yağlı olması səbəbiylə parlaqdır. Tez-tez sızanaq və qara nöqtə meydana gəlmələri görülər. Məsamələr adi gözlə görülə biləcək qədər genişləmişdir. Makiyaj bu dərilərdə uzun müddət qalmaz. Dəri tipi olaraq ən gec qırışan dəri tipidir.
İnsanlar ümumiyyətlə gözlə görünən yerlərinə daha böyük diqqət göstərərlər. Üzümüzün, əllərimizin, saçımızın baxımlı olması hər vaxt çox əhəmiyyətlidir. Amma ən başda ayaqlarımız olmaq üzrə bədənimiz də bizdən bir baxım, hətta bir az da şişirdərək söyləsək xüsusi bir maraq gözləyər.



Bədən baxımı üçün nələr etməliyik?

Duş alın: Hər gün duş almaq dərimiz və sağlımız üçün çox əhəmiyyətlidir. Diqqət yetirilməsi lazım olan su istiliyi və duşda keçirilən müddətdir. Çox isti su dərinin PH tarazlığını pozar, bədəndəki təbii yağın yox olmasına səbəb olar. Uzun müddət suyun altında qalmaq da dəri sağlamlığımızı mənfi təsir edər. Duş ilıq ya da sərin suyla alınmalı və 10-15 dəqiqəni keçməməliyik.

Nəmləndirin: Duş qəbul etdikdən sonra dərimizə uyğun bir krem ilə dərimizi nəmləndirməliyik. Bu əməliyyatı dərimizi dəsmal ilə qurulamadan əvvəl yüngül nəmliykən etsək nəmləndirmə əməliyyatımız daha təsirli olar. Yalnız yazın deyil qışda da nəmləndirici istifadə etməni vərdiş halına gətirməliyik. Qışdan havaların soyuması ilə birgə daha qalın və bədənin hava almasını maneə törədən şəkildə geyinirik. Bunun nəticəsi olaraq da, dəri şalvar və corabların altında nəmsizlikdən çatlamağa və marka marka tökülməyə başlar.
Əllərimiz və ayaqlarımız da bədən baxımı üçün çox əhəmiyyətlidir.

Əl baxımı: Əllərimizin daha yumşaq olması üçün tez-tez krem sürtməliyik. Həftədə bir dəfə əllərimizi südə batırıb 5-10 dəqiqə saxlamaq etdirməkdə dərimizi yumşaldar. Dərimizi yaşlandıran ən böyük faktor günəşdir. Bu səbəblə günəşə çıxarkən yüksək qoruma faktorlu kremlər sürməliyik. Statistikalara görə dəri xərçəngi ən çox əl və üzdə ortaya çıxmaqdadır.


Tarix: 26.06.2013 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri