beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçların 9 problemi və həlli

Saçlarım çox cansızdı və tökülür..
Saçların cansız olmasının ən böyük səbəbi qeyri-kafi qan dövranıdır. Bu, eyni zamanda saçların tökülməsinə də gətirib çıxarır. Qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Faydasını görəcəksiniz. Daramaq da fərqli bir masaj üsuludur.

Saçlarım çox matdır heç parlamır.
Saçlarınız bir neçə ayda bir, əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylərdə varki məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək saçları daha da matlaşdırır.

Saçım çox uzundu və darıyarkən çətinlik çəkirəm.
İncə telli və uzun saçlar yuduqdan sonra bir-birlərinə dolanarlar. Darayarkən də adama cəhənnəm əzabı çəkdirərlər. Bunu önləmək üçün ərik özlü şampunlar və saç kremləri istifadə edin. Əriyin içindəki yağ, saçların iç içə keçməsiinin qarşısını alar.

Saçlarım çox elektriklənir.
Saçların elektriklənməsi müxtəlif səbəblərlə bağlıdır.. Ancaq ən əsas səbəb səhv yuma və darama. Saçınızı sürtərək yuyursunuzsa, elektriklənməsi və qabarması normaldı. Eyni zamanda metal saç fırçaları və quru fırçalar saçı elektrikləndirir. İstifadə etdiyiniz saç fırçası tükdən ya da taxtadan olmalı,həmçinində bunun qarşısını almaq üçün saçınızı yumşaq bir şəkildə yuyun. Darama mərhələsində isə fırçaya bir miqdar saç kremi sürtün. Krem, saçın elektriklənib qabarmasını önləyər.

Saçım heç fen tutmur.
Həqiqətən də bəzi saçlarda uzun fenləmədən sonra belə model dərhal itir. Çox incə telli ya da çox qalın telli olanlarda belə bir problem ola bilər. Əgər saç teliniz çox incədirsə həcm qatan şampunlardan istifadə edin. Ayrıca yumada saç kremini ya heç istifadə etməyin ya da çox az istifadə edin. Qalın telli saçlar da şəklə girməkdə çətinlik çəkirlər. Şampundan sonra durulama tələb etməyən saç kremləriylə qulluq tətbiq edin.

Çöldə olarkən saçlarıma pis qoxu hopur.
Davamlı işlə məşğul olanlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündü. Saçınızı bir az isladın,sonra güclü bir şəkildə darayın.Saçınızı yaxşıca havalandırdıqdan sonra bir miqdar ətir vurun.

Saçlarım qırılır.
Mütləq biraz kəsməlisiniz. Bunun xaricində xüsusi saça qulluq kremləri qırıq ucları təmir edər.Saçlarınızın qırılmasının qarşısını almaq üçün saçınızı çox isti qurutmamalı və dəsmalla nəmini alarkən diqqətli olmalısınız. Ayrıca saç broşkalarıda saçları qırır.

Saçlarım çox uzundu və heç bir şəklə girmir
Uzun saçlara şəkil vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolca muz sürün. Ardından qalın bigudilerle saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudileri açın və barmaqlarınızla şəkil verin.

Saçlarımda sıx kəpək var deyənlərə
Ehtimalla bu aralar sıx stress altındasınız. Saç dərisi eynilə dərinizin digər bölgələri kimi stressə qarşı reaksiya verər. Dərinizi yormayacaq bir kəpək şampunu problemi həll edə bilər.


Tarix: 26.06.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri