beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Banan maskası (Şəkillərlə İzahı)

Qidalandırıcı banan maskası


Bir ədəd bananı yaxşıca əzdikdən sonra içərisinə 1 çay qaşığı süd qataraq qarışdırın.Üzünüzə çəkin. Sonra 20 dəqiqə üzünüzdə gözlədin. İlıq su ilə durulanın.


Quru cildlər üçün banan maskası



Bir qab qatığın yarısını 1 yemək qaşığı bal və dörddə bir banan ilə yaxşıca qarışdırın. Bu qarışığı üzünüzə və boyunuza sürtüb 10 dəqiqə gözləyin.Sonra ilıq su ilə üzünüzü yuyun.


Yorğun dəriyə banan maskası





Bananı əzərək püre edin. Təmizlənmiş dərinizə masaj edərək qarışığı sürtün və 15 dəqiqə gözləyin. İlıq suya batırılmış pambıqla dərinizi təmizləyin. Banan dəriyə enerji və parlaqlıq verər.




Həssas cildlərə banan maskası









Əzilmiş bananı krem ilə qarışdırın və üzünüzə sürtün, 30 dəqiqə gözləyin.Bu maska üzünüzü nəmləndirəcək, bəsləyəcək və yumşaldacaq.




Bal və banan maskası









Bir stəkanın dörddə biri süd,
Yarım xörək qaşığı bal
Yarım əzilmiş banan
Bütün yazılanları qarışdırın.Üzünüzə və boyunuza masaj edərək yedirdin. İyirmi dəqiqə sonra ilıq su durulanın.
Bu maskaya yulaf əzməsi də əlavə edə bilərsiniz. Yulaf əzməsi tərkibində olan yüksək miqdarda vitamin və minerallar sayəsində dərinizi təmizləyər.


Tarix: 25.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri