Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalandırıcı maska

Əziz xanımlar bu maskaları etdikdən sonra inanın dəriniz uşaq dərisi kimi təravətli yumşaq olacakdır. Bu isti yay günlərində mütləq xanımlar dərimizi günəşin zərərli şualarınan qorumalıyıq və aşağıdakı maskalar sizə çox kömək edəcək inanın.



1çay qaşığı bal 1çay qaşığı qliserin 1çay qaşığı badam yağı və 1 çay qaşığı herkules. Bunları bir-birinə yaxşıca qarışdırın. Qarışığı üz və boyun bölgəsinə sürtün 10 -15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 10 gün davamlı etsəniz dərinizdəki dəyişikliyi özünüz hiss edəcəksiniz.

1 bananı 2 çay qaşığı südlə əzmək və içinə kök suyu 2 çay qaşığı əlavə edib soyuducuda 20 dəq saxladıqdan sonra çıxardıb tərkibinə 2 çay qaşığı zeytun yağı da əlavə edirik. Yenidən bunları qarışdırıb tərkibinə yarım çay qaşığı herkules əlavə edib üzünüzə və boyun bölgəsinə sürtə bilərsiniz. Yarım saat saxlamaq və sonra da ilıq su ilə yumaq lazımdır.









2 çay qaşığı droj, 1 çay qaşığı badam yağı və sonra da üzərinə 3-4 damcı limon şirəsi əlavə edirik. 10-15 dəq üzümüzdə saxladıqdan sonra ilıq su ilə yuyuruq.

1 çay qaşığı nəmləndirici krem, 1 çay qaşığı badam yağı, 1 xörək qaşığı bal, 1 yumurta ağını götürüb bir kasada həll etmək və üzərinə 4 damcı limon şirəsi əlavə edirik. 20 dəq saxladıqdan sonra ilıq su ilə yuyuruq.


Tarix: 23.06.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...