beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların Makiyaj səhvləri

Qadınlar bəzən gözəlləşmək üçün elə vasitələrə əl atırlar ki, da olur ki, istədiklərinin əksini əldə edirlər. Gözəl görünmək üçün etdiyimiz makiyajda da bəzən fərqinə varmadan da səhvlər edirik.

Bəs onda makiyajda hansı səhvlər bizi olduğumuzdan daha yaşlı görünməyimizə səbəb olur?

Üz dərinizə tonal krem və kirşan vurandan sonra makiyaj fırçasının dərinin üzərində gəzdirin. Dərinizin təbii rəngi nə qədər çox görünərsə, bu bir o qədər də daha effektli nəticə verə bilər.

Yaxşı nəmləndirilmiş və təmiz bir dəri üzəri makiyaj vasitələri ilə örtülmüş bir dəridən daha cavan və parlaq görünəcək.

Makiyaj vasitələri seçimində onların rənginə də daha diqqətlə yanaşın. Bir-iki ton daha tünd olan rənglərə üstünlük versəniz makiyajınız çox uğurlu alınar.

Yaşlandıqca gözünüzün altındakı dəri daha çox incəlir. Bunu qabartmamaq üçün fırçayla nazikcə korrektordan istifadə edin. Fırçayla bu vasitə daha yaxşı yayılacaq. Həm də bunu yalnız gözünüzün ətrafında olan tünd hissələrə vurun.

Kirşan burun və çənə hissəsində yaranan parlaqlığı müvəqqəti azaltmaq üçün yaxşı vasitədir. Amma ondan həddindən artıq istifadə etsəniz üz dəriniz quru görkəm alar.

Təbii dodaq xəttinizin yaşlandıqca itməməsi üçün dodaq karandaşından istifadə edə bilərsiniz. Bundan başqa adi bir dodaq boyası əvəzinə təbii parıldadıcı tətbiq edin.

Alt kirpiklərinizə tuj vurmayın, amma üst kirpiklərinizə daha tünd tuj vuraraq onlara həcm qata bilərsiniz.

Alt kirpiklərinizə karandaş vursanız gözləriniz daha kiçik görünər. Buna görə də karandaşı göz qapağının üzərinə çəkib, xaricə doğru bir az qalınlaşdırmaqla gözəl gözlərə sahib ola bilərsiniz.


Tarix: 23.06.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri