beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetikaların tərkibi və saxlama qaydaları...

Bu məhsulları alarkən son dərəcə ehtiyatlı olmaq məsləhətdi. Kosmetika vasitələri insan üçün gərəkli vasitə və pereparatlardandır. Kosmetik vasitə bədəninin müxtəlif nayihələrinin təmizlənməsi, onların xarici görünüşünün korreksiyası, zərərli amillərdən qorunması, yaxşı vəziyyətdə saxlanması üçün istifadə olunur. Lakin kosmetik vasitələr alarkən son dərəcə ehtiyatlı olmaq lazımdır, əks halda bu insan bədəninə böyük zərər vura bilər.



İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, kosmetik vasitə alarkən ehtiyatlı olsunlar. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kometik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.


Qadinlar.Biz saytı təqdim edir: İstehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa, və ya məhsulun tərkibi tam göstərilməyibsə belə məhsulu almaq məsləhət deyil.
Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.



Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama



müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən



istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar



kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər



çoxdur.Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu



müddət ərzində malların keyfiyyətinə təminat verilir.

Məsələn göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem,



sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə



malikdirlər.İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən



saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25°РЎ



temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır.



Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°РЎ-dək temperaturda saxlanmalıdır



Kosmetik vasitələrin saxlama müddətilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Məsələn, tübikə qablaşdırılmış krem geniş ağzı olan qaba və ya bankaya qablaşdırılarsa bu onun saxlama müddətini azaldacaq. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir.



İstehlakçılara satışda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən kosmetik vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmələri tövsiyə olunur.


Tarix: 23.06.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri