beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəngli Eyeliner Makiyajları

Niyə rəngli eyeliner?



Göz tenlərinin sahib olduğu o qalın təbəqə təsiri, eyeliner istifadəsində meydana gəlməz.

Ayrıca rənglərin dəqiq şəkildə vurğulanması və parlaqlığı baxımından eyeliner dəyişik bir işıltı yaradar.

Toz olmadığı üçün bir neçə saat içində silinib getməz və dayanıqlılığı daha çoxdur.

Ayrıca gözlərinə fərqlilik yaradacaq bir rəng işini, eynilə bir tablo kimi tətbiq etmək üçün axıcı bir maddə olmasının üstünlükləri vardır.




Pişikgözlü



Pişikgözlü makiyajı sevənlər üçün, hər vaxt alışıldıq olan qara yerinə mavi və ya yaşıl eyeliner ilə qalın xəttlər edərək, bu makiyaj stilini tətbiq edə bilərsiniz. Mərcan və çəhrayı da eyni təsiri yaradar. Ardından bol kirpik üçün tuşla makiyajı tamamlaya bilərsiniz.



Kontrast



İki zidd tonu seçərək bir-biriylə kölgə olmasını təmin edə bilərsiniz. Üst və alt göz qapağında fərqli rənglər istifadə edərək kontrastı tuta bilərsiniz. Bənövşəyi və yaşıl, mavi və turuncu və ya çəhrayı və sarı kimi…




Tüstü



Tüstü göz makiyajı üçün açıq və tünd boz eyeliner istifadə edə bilərsiniz. Hər vaxt istifadə etdiyiniz üsulu bu səfər eyeliner ilə tətbiq edib, bir pambıqla yüngülcə paylamanız kafi olacaq.




Rənglər



Açıq rəngli eyelinerları kölgə etmək üçün, tünd olanları xəttləri təyin etmək üçün istifadə edə bilərsiniz. Beləcə həm kontrastları nizamlamış, həm uyğunlaşmanı tutmuş olarsınız. Son illərin ən hit olacaq məhsulu rəngli eyelinerlardan dilədiyiniz rənglərdən bir set edə bilərsiniz.



Mavi gözlərə uyğun rənglər



Mavi gözlərin varsa, göz rənginizin birə-bir tonunu ten olaraq istifadə edərək, gözlərinə diqqət çəkə bilərsiniz.

Ayrıca bir az yumşaltmaq üçün bənövşəyi istifadə edə bilərsiniz.

Boz rənglər, bədən rəngləri və bozlar da sizin üçün uyğun tonlar olacaq.

Ayrıca kontrast yaratmaq üçün gül rənglərini də istifadə edə bilərsiniz. Çəhrayı və dərin bənövşələr, gözlərinizi ortaya çıxarmada köməkçi olacaq.



Qəhvərəngi gözlərə uyğun rənglər



Qəhvərəvgi gözlərə sahibsinizsə, əslində şanslı olduğunuzu düşünməlisiniz çünki haradasa bütün rəngləri gözlərinizdə istifadə etməniz mümkündür.

Göy, turkuaz və yaşıl kölgələr gözlərinizi vurğulamanızı təmin edər.

Mərcan kimi bir alçaq ilə qızıl, bürünc, pas və turuncu rənglər sizi gözəl göstərəcək. Ayrıca ərik və lavanta kimi isti tonları ilə bənövşəyi tonları çox yaraşar.

Qara isə, zadəgan bir hava verəcək. Yalnız seçdiyiniz rəngin dərinizə də yaraşdığından əmin olun.




Ala və yaşıl gözlər



Göz rənginizə bənzər tonları istifadə etmək, baxışlarınıza istilik verər. Ayrıca gözlərinizi bir bütünlük içində göstərər.

Bənövşəyi və yasəmən tonlarında kölgələr ilə möhtəşəm bir görünüş əldə edə bilərsiniz.

Gözlərinizdə yaşıl tonları, bənövşəyi göz teni kontrastı, onları çox daha dramatik göstərəcək.

Gözlərinizi önə çıxaran və baxışlarınızı yüksəldən bir tərz istəyirsinizsə, moka qahverengi və ya qırmızımsıl qahverengiler kimi isti tonları seçim edə bilərsiniz. Qızıl ilə xallar edərək vurğulayın.


Tarix: 18.06.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri