beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadını özünə cəlb etməyin 9 yolu

Qadınlar həqiqətən nə istəyir? Onlar sizi necə görür və ya necə görmək istəyir?
Onları özünüzə necə cəlb edə bilərsiniz?

İlk olaraq diqqət yetirməniz lazım olan şey nəfəsinizin təravətli olması, istifadə etdiyiniz ətrin çox gözəl iy verməsidir...

1-ci addım
Həyatını, ehtiraslarını izah etməsini və özündən bəhs etməsini xahiş edin. İzah edərkən onu böyük maraqla dinləməyə çalışın. Hər bir qadın həmişə özüylə əlaqədar izah etdiklərini dinləyən başqa bir qadın istəyir. Sonralar izah edəcəyiniz həyəcanlı hekayələrinizlə onu özünüzə bağlamağa çalışın.

2-ci addım
Düzgün və səliqəli geyinin. "Yalnız qadınlar yaxşı geyinməlidir" söz-söhbətinə qətiyyən fikir verməyin. Qadınlar aksesuarı sevərlər və kişilər də onlar üçün bir aksesuardır.Təmiz, gözəl ətir iyi verən, yaxşı geyinmiş bir kişilə birlikdə olmaq onlar üçün həqiqi bir mükafatdır.

3-cü addım
Qadının gözlərinə baxın. Tez-tez gözlərinə baxın və dostyana gülümsəyin. Şəhvətli baxışlarınızdan əl çəkin!

4-cü addım
Centlmen olun. Qapıları onun üçün açan, oturmazdan əvvəl ona yer verən hər bir kişini bütün qadınlar sevərlər.

5-ci addım
Rəqs etməyi öyrənin. Qadınları daha çox cəlb edən məsələlərdən biri də məhz budur.

6-cı addım
Qadının xasiyyətindən asılı olaraq onun bəyəndiyi yumora sahib olun. Zarafatlarınızdan yerindəcə istifadə edin.

7-ci addım
Tez-tez ona komplimentlər söyləyin. Onun saatını, ayaqqabısını və ya diqqətinizi çəkən hər hansı bir əşyasının fərqinə vardığınızı göstərən xoş sözlər söyləməkdən çəkinməyin. Qadınlar evdən çıxmazdan əvvəl paltarlarını ən azı 6 dəfə dəyişdirərlər. Bu "əziyyət" siz kişilərin bəyənməsindən ötrü edilir. Ona geydiklərini bəyəndiyinizi söyləyin.

8-ci addım
Kişilərin bir qadını özünə cəlb etməsi elə də çətin deyil. Əgər ona söylədiyiniz kimi həqiqətən ondan xoşunuz gəlirsə bundan artıq böyük bir şey etmənizə ehtiyac yoxdur. Yalnız hər zaman onu düşündüyünüzü hiss etməsinə şərait yaradın.

9-cu addım
Hər zaman geydiyiniz ayaqqabının səliqəsinə və təmizliyinə diqqət yetirin. Çünki xanımlar ilk gördükləri kişinin məhz ayaqqabısına diqqət yetirirlər.


Tarix: 24.05.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri