beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazik dodaqları dolğun göstərmək üçün?

Güzgüyə baxanda dodaqlarınızın nazik olduğunu düşünürsünüz? Angelina Jolinin dodaqlarından sizdə də olmasını arzulayırsınız? Botoks və.s üsullarla deyil, təbii yolla daha dolğun dodaqlara sahib olmaq istəyirsinizsə, o zaman dəyərli məsləhətlərə əməl edin.
Dodaqlarınızın kənar cizgilərini krem vasitəsilə yox edin. Üzünüzə vurduğunz tonal kremdən istifadə etsəniz, daha yaxşı olar.
Dodaq qələminin köməyi ilə təbii görünəcək şəkildə dodaq cizgisi çəkin. Qələmi çox möhkəm basmadan çəkin. Əks halda, pis bir görüntü alınacaq.
Cizgiləri düzgün şəkildə çəkdikdən sonra istifadə etmək istədiyiniz dodaq boyası ilə içini doldurun. Dodağınızdakı cizgilərin dodaq boyası ilə səliqəli doldurulmasına xüsusi fikir verin. Yoxsa,dodağınızda xətlər qalacaq.
Dodaqları dolğun göstərən digər bir üsul isə dodaq parıltısından istifadə etməkdir. Boyanın üzərindən çox olmamaq şərti ilə dodaq parıltısı vurun.
Rəngli dodaq boyaları da dodağı daha dolğun göstərir. Dərinizə uyğun bir rəmg seçib dodadqların böyük görünməsini təmin edə bilərsiniz.


Tarix: 22.06.2013 / 12:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri