beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədarlıq qoxu ilə başlar

Heç tanımadığınız biri yanınızdan keçir və qoxusu sanki sizi ovsunlayır. Onun ardınca getmək, onunla tanış olmaq istəyirsiniz. Yaxşı amma səbəb?
Qoxu duyğunuz aşiq olacağımız adamı seçərkən biz fərqində olsaq da olmasaq da dövrəyə girir. Hər insan genetik olaraq təyin olunmuş və yalnız özünə aid bir qoxu daşıyır və qarşı cinslə aramızda qoxu xəbərləşməsi olur. Bu xəbərləşmə isə bədənimizdən sekresiyalanan və 'feromon' deyilən maddələr vasitəsilə olur. Aralarında qoxu uyğunlaşması olan cütlər daha xoşbəxt bir münasibət yaşayır...
Həyatımızın eşqini bədənindən ətrafa yayılan qoxudan tanıyırıq. Çünki qoxu uyğunlaşması, cütləri bir-birinə yaxınlaşdırır. Gözəl qoxular canlandırır, sevinc, xoşbəxtlik verir. Qoxusunu sevmədiyimiz yerlərə getmək istəmirik. Bəzi qoxular yaddaşımızın gizli künclərində qalır, xatirələrimizi canlandırır.
Hər insanın qoxusu, barmaq izi kimi fərqlidir və dəyişmir. Araşdırmaçılar qoxu ilə intim arasındakı əlaqəni araşdırarkən feromonu kəşf etdi. Bu ad Yunanca keçirmək, köçürmək mənasına gələn ferein və həyəcan mənasına gələn hormon sözlərindən meydana gəlir. Feromon, canlıda burun boşluğunun orta bölməsindəki bir yerdən qəbul edililərək beynə çatdırılır. Bəzi araşdırmaçılar burun içərisindəki bu bölgəni altıncı duyğu olaraq təyin edir.
Hər insan genetik olaraq təyin olunmuş və yalnız özünə aid bir qoxu daşıyır. Canlıların çoxunda bədənlər arasında bir qoxu xəbərləşməsi mövcuddur. Bu bədənlərdən sekresiyalanan və feromon deyilən maddələr vasitəsilə olur. Az əvvəl bildirdiyimiz kimi hər canlı növünün öz feromonu ayrı və yalnız öz növünü təsirləndirər.
Feromonlar burundan havayla birlikdə alınaraq xüsusi bir sinirlə beynə çatdırılır. Bu xəbərdarlıqlar adamın ruh halını və davranış şəkillərinə təsir edə bilir. Buna görə hər iki tərəfin də gözəl və təsir edici hiss edəcəyi bir qoxu tapmaq qoxu sirrinin bitməz tükənməz axtarışını meydana gətirir.


Tarix: 15.06.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri