beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonun xanımlar üçün xeyirləri

Əziz Xanımlar,
Yeməklərimizi dadlandırmaq üçün seçilən Limonu, duş və gözəllik üçün də istifadə edə bilərik.

Limonun xeyirləri

Dırnaqlara parlaqlıq qazandırar:
İsti havada dırnaqlarınızı 10 dəqiqə boyunca limon suyunda saxlayın.
Əllərinizi limon suyu ilə sabunlayırmış kimi ovuşdurun.
Daha sonra əlləri yaxşıca durulayın.

Dəridəki xoşagəlməz ləkələri Yox edər:
Yatmazdan əvvəl limon suyu ilə əllərinizi və üzünüzü yaxşıca ovuşdurun. Səhər isə ilıq su ilə əllərinizi və üzünüzü yuyun.
Qara, qəhvəyi ləkələrin itməsi üçün bu proseduru nizamlı olaraq hər axşam etməniz tövsiyyə edilir.

Saçlarınızı gücləndirər:

Tökülən və caçsızlaşan saçlarınızı yenidən canlandırmaq və parlaqlıq qazandırmaq üçün:
3/4 fincan zeytun yağı
12 fincan bal
3 x.q. limon suyunu qarışdırın.
Saçlarınızı SU ilə durulayın, dəsmalla qurulayıb bu qarışığı saçlarınıza az bir miqdarda sürtün.
Sonra saçlarınızı 30 dəqiqə plastik papaq ilə sarın və gözləyin.
Daha sonra şampunla saçınızı yuyub, durulayın - parlaqlığı özünüz də hiss edəcəksiniz.

Saçın rəngini aça bilər:
1/4 fincan limon suyu
3/4 su ilə
saçlarınızı durulayın.
Lİmonun saç rənginizi təbii olaraq açması üçün bir az günəşdə gözləyin.

Orqanizmi rahatlaşdırar:
Mükəmməl bir duş üçün vannaya dəniz duzu və limon suyu əlavə edib bədəninizə diqqət və qayğı göstərə bilərsiniz


Tarix: 24.05.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri