beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyaj dəstləri seçərkən diqqət etməli olduğunuz 7 qayda.

Səhv rəng pomada çəkmiş bir qızı dərhal seçə bilərsiniz. Siz də həmişə səhv ənlik və bürüncləşdirici alırsınız deyilmi?






Rəng palitranızı bilin!



Müəyyən rənglər müəyyən dəri tonları və göz rənginə çox yaraşar bu səbəblə öz rəng palitranızı bilmək çox əhəmiyyətlidir. Məsələn yaşıl gözlü qızlar çəhrayı tonlarını istifadə etməliykən, qəhvərəngli tonları da mavi gözü ortaya çıxarar.





Almadan əvvəl yoxlayın!



Bir çox kosmetik dükanında, məhsulları sınağınız mümkündür. Həqiqətən ürəynizə yatan tonu və rəngi tapana qədər sınamaqdan çəkinməyin.




Günəş işığında görün!



Almağı düşündüyünüz məhsulun təbii işıqda necə göründüyünü anlamaq üçün çölə çıxın. Mağazalardakı işıqlandırmalar, günəş işığından son dərəcə fərqlidir buna görə, aldıöınız məhsulun rəngini mütləq günəş işığında da görün.




Diqqətlicə açın!



Bir çox mağazadan aldığınız məhsulu, bəyənmədiyiniz təqdirdə qaytaa bilərsiniz. Bu səbəblə qabı diqqətlicə açın və qaytarmada problem çıxmaması üçün qabı diqqətlə saxlayın.





Fakturasını saxlayın!



Aldığınız məhsulu qaytarmasınızsa belə fakturasını mütləq saxlayın! Beləcə il sonunda, bir sonrakı il makiyaj üçün nə qədər büdcə ayıracağınızı görə bilərsiniz. Unutmayın, büdcə etmək də, doğru makiyajın çox əhəmiyyətli bir parçasıdır.





Sevmədinizmi?



Mağazada xoşunuza getməyən bir məhsulu evdə sevməniz o qədər də mümkün deyil, elə deyilmi? Buna görə ürəyinizə yatmayan bir məhsulu almayın. Səbirli olun və gəzməyə davam edin.





Kömək istəyin!



Makiyaj məhsulları satılan mağazada işləyən insanların orada olması üçün bir səbəb var. Bu səbəblə, bir rəngdən əmin ola bilməsəniz mütəxəssis köməyi alın. Makiyaj mövzusunda çox incə pik nöqtəsi bildiklərindən doğru məhsulları ala bilərsiniz.


Tarix: 19.06.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri