beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərə nə hədiyyə etməli?

ideal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən olmamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə olmayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik:



Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diski;

əgər mütaliəni sevirsə, kitab;

spirtli içki;

teatr və kinoya bilet, əvvəlcədən onun hamin vaxt boş olduğunu öyrənin;

bilərzik və digər bəzək aksessuarları

filmlər kolleksiyasi;

qol saatı;

təbiəti gəzməyi xoşlayana cib bıçağı;

qələm;

idmanla məşğul olana idman geyimi yaxud alətləri;

kişilər üçün ətir dəsti;

kəmər;

pul kisəsi;

əgər onun pis vərdişi sizi qıcıqlandırmırsa,alışqan;

suvenir;

ətir;

elektrik üzqırxanı;

restorana dəvət


Tarix: 14.06.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri