beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ay qız, oyan!

Araştırmalar nəticəsində məlum olub ki, yuxudan erkən oyananlar digər insanlara nisbətən daha xoşbəxt və fiziki olaraq daha gözəl vücuda sahib olurlar.

Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, elm adamları 1100 nəfər arasında araşdırma aparıb. Nəticədə gec yatan insanların həm sağlamlıqlarından, həm də xoşbəxtliklərindən bir parça itirdiyi məlum olub.

Təcrübəyə qatılan insanların 13 %-i səhər saat 7-dən tez oyandığını və bundan çox yuxuya ehtiyac hiss etmədiklərini bildirib. Gecələr çox gec yatan insanlar təcrübəyə qatılanların 6 %-ni təşkil etməklə həftə içi saat 9-dan erkən oyandıqlarını, həftə sonu isə gec yatıb və gec oyandıqlarını bildiriblər.

Depressiya və həyəcana səbəb olur

Araşdırmalara görə, gec yatmaq depressiya və həyəcanlanma hallarına səbəb olur. Erkən oyanan və səhər yeməyi yeyən insanların fiziki olaraq daha gözəl vücuda sahib olduqları bildirilib.


Tarix: 14.06.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri