beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyallarınızın Şəhzadəsi [+18 Qızlar Üçün]

İstər sarışın, istər sə də əsmər, hamımızın xəyalındakı kişinin bir çox ortaq xüsusiyyəti var əslində:

Geniş çiyinli, boylu-buxunlu, amma həddindən artıq əzələli və ya kök olmayan.
Xarizmatik, cazibədar, amma qız kimi gözəlliyi olmayan.
Kişiyə xas, sahib çıxan, amma sıxıb suyunu çıxarmayan.
Özünə güvənən, hörmət edilən, amma çoxbilmişlik etməyən.
Düşünən, dəyər verən, amma hönkür-hönkür ağlamayan.
Ağıllı, müvəffəqiyyətli və heyranlıq oyandıran, amma aldatmayan!

Pis xəbər qadınlar: Xəyallarımızın kişisinin bioloji olaraq mövcudluğu mümkün deyil!

İti çənələri olan, əksəriyyət tərəfindən güclü və xarizmatik olan bu kişilər, təəssüf ki, yüksək hormonlarına görə evə bağlanıb uşaq-muşaqla sakit bir həyat davam etdirə bilmir. Bu səbəblə Batman heç bir filmdə ailə qurmur, Gladiator Russell Crowe döyüş sahəsində ölür və antik zamanların məğlub olunmaz kralı Beowulf arvadını sevsə sə, onu aldadır.

Araşdırmalara görə, evə bağlana bilməsə də bu kişilər, ən güclü və sağlam genləri daşıyır. Elm adamları, onları "genetik dizaynı güclü kişilər" olaraq adlandırır. Biz qadınlarda bu səbəblə onları seçirik. Tələbin yüksəkliyi də onların çox yoldaşlılıq ehtiyacına duz-bibər olur. Nəticədə təbiət xoşbəxt ailələrlə deyil, soyunu davam etdirə bilməklə maraqlanır.

Yaxşı, bəs qalanlar? Bu sinif "ideal ata və ya sadiq ər" namizədləri olaraq adlandırılır. Hormon səviyyələri daha normal olan bu qrup, genlər müəssisəsindəki sıraviliklərini sədaqətlə kompensasiya edir.

Qadınlar, bir kişinin hansı qrupa aid olduğunu şüursuzca qəbul edir. Edilən anketlərdə, özünü gözəl qəbul edən qadınlar, "genetik dizaynı güclü kişi" qrupunu; özünü normal qəbul edən qadınlar isə daha çox uzun əlaqələrə dəyər verən "sadiq kişi" tipini seçir.

Yaxşı, bilə-bilə kim sadiq olmayacaq bir kişilə evlənir ki, soruşa bilərsiniz. İddialı qadınlar belə görmür. Onlar ya özlərinə olan etibarla uşağı tək başına böyütmək ehtimalına qapanır və kişiləri yalnız doğru genetika köçürəcək bir vasitə olaraq görür ya da gözəllikləriylə kişini evə bağlaya biləcəklərinə inanır.

Nəticədə, uşaq üçün ailə qurulan kişilər həm qadınların başında həm də əsl həyatda yalnız xəyal olaraq qalır. Bizə də heç sevmədiyimiz bir şey, yəni seçim etmək qalır.


Tarix: 14.06.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri