beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətir seçərkən nələrə diqqət yetirilməliyik..

Bədəninizə qarışan ətir bəzən çox təəccüblü iy verərkən, bəzən də nəfəs alan dərinizə mənfi təsr edər çünki qoxuya həyat verən sizin dərinizdir.
Şəxsiyyətiniz və seçiminizə görə ətir növləri dərin, sıx və sirrli (vanil, qayıq ağacı vs.) və ya yüngül, fərah və romantik (gül, jasmin vs.) növlərdə dəyişiklik göstərər.
Ekspertlər əsmərlərin daha sıx qoxular, sarışınların isə yüngül və fərah qoxular seçməsini təklif etməkdədir. Ancaq insanların seçimləri də bu mərhələdə çox əhəmiyyətli rol oynamaqdadır. Doğru ətri seçmək üçün ətirlə əlaqədar təməl məlumatlara sahib olmaq lazımlıdır.







Üç təbəqəsi olan ətirin özünü ortaya çıxarması üçün səbrli olun. Ətiri ilk iylədiyinizdə burnunuza gələn qoxu üst laydır, ümumiyyətlə keçicidir və tez dağılar. Orta lay, bir neçə dəqiqə sonra ortaya çıxar və yavaşca dağılar. Ətiri sürtdükdən 30 dəqiqə sonra təməl layı duymağa başlarsınız. Ümumiyyətlə orta layla qarışan bu qoxu ətirin təməl xüsusiyyətidir.
Mövsümlərlə birlikdə ətirinizi də dəyişdirməniz lazım ola bilər.b çünki soyuq, qoxunun təsirini azalda bilər.
Ətir almaq üçün günortadan sonranı seçin. Bu zaman dərinzdə qoxu hiss etmə duyğunuz ən üst nöqtədədir.
Quru bir dəriniz varsa daha çox ətir sürtün. Yağlı dərisi olanlarda ətir daha qalıcıdır.
Maksimum təsir üçün nəbzinizi ölçə bildiyiniz yerlərə ətir sürtün.
Ətiri sıxdıqdan sonra üstünü silməyn. Bu hərəkətiniz molekulların parçalanmasına səbəb olacaq.
Dərinizdə sınaqdankeçirmədiyiniz ətir almayın. Dərinizə səpin və bir neçə saat gözləyin. Bu saat hissəsi sonunda necə iy verdiyinə baxıb elə qərar verin.
Ətiri ləl-cəvahirat və incilərin üzərinə sıxmayın. İçərisindəki spirt örtmələrinə zərər verə bilər


Tarix: 12.06.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri