beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevilməyən qız tipləri | Top 10 |

1. Səs-küyçü Qızlar: Evlərdən iraq düşmənə yaxın olmasını istədiyimiz qız tipi. Bunlar İsveçrəli elm adamlarının apardıqları araşdırmaya görə kişilərin ömründən ən az 4də 1-ni oğurlayıb gedirlərmiş. Hər işdə bir problem tapmaqda üstlərinə yoxdur. Bu nədir belə, nə üçün belə, niyə belə etdin və s. kimi lazımsız söz yığınları . Qaçaraq uzaqlaşın! Çernobıl qədər təhlükə kəsb edir ona görə :)
2. Yeyici Qızlar: Bunların isə tək sevdiyi şey sənin pulqabındır. Nə qədər qalınsa o qədər çox yanında qalır. Bir mahnıda deyildiyi kimi "pul tükəndi qızlar getdi" vəziyyətidir bu vəziyyət. Aldadın düşünmədən , pulu göstərin amma istifadəsinə icazə verməyin =)
3. Soyuq Qızlar: Xoşagəlməz, darıxdırıcı onunla bir ömür birlikdə olmağı təsəvvür etmək çox çətin məsələdir. Zarafat edərsən gülməzlər, bəlkə də anlamazlar. Bu şəkildə davranaraq nəyi əldə edə biləcəklərini və ya nəyi sübut etməyə çalışdıqlarını anlamaq çox çətindir çünki...
4. Əsəbi qızlar : Lazım oldu olmadı hər şeyə əsəbləşən durduq yerə söz - söhbət çıxardan . Hər dəq hardasan niyə mənə zəng etmirsən deyən qız tipləridir. Ən çox bəyənilməyən çəhətləri isə əsəbi olanda sifətlərində yaranan məxsusi mimikadır =)
5. Balina tipli Qızlar: Kök qızların bəziləri cəlb edici olur. Amma ümumiyyətlə olmur. Xəstəlik ucbatından kök olanları ayırıram. Amma sən normal olduğun halda o qədər yemek ye sonra da ayyy nə yeyirəm ki ee yenə olmuşam fil kimi deyirsən. Hələ yə sən sora başa düşəcəksən =)
6. Sərxoş Qızlar: Nə gərək var o qədər içməyə ??. Öz xanımlığını unudan qadından heç bir şey olmaz. Bu tiplər orada burada sərxoş olub unudulub gedərlər . Bunlar sevgilisindən ayrılır başlayır dəli kimi içməyə , işdən qovulur içir, telefonu itir içir, dünən tanış olduğu oğlan bunu axtarmadı deyə içir .. Lazımsız tiplərdəndirlər..
7. Çoxbilmiş qızlar: Həddindən çox özündən razı olurlar. Ümumiyyətlə gözəldirlər. Ancaq çox bildikləri üçün bəyənilməyən tiplərdəndir .. =))
8. Cahil Qızlar: Öz adımdan danışsam bu tip qızlar ən nifrət etdiyim tiplərdəndirlər .. Cahil deyən zaman yalnız təhsili nəzərdə tutmuram bu qız bir neçə üniverisitet məzunuda ola bilər orta məktəb məzunuda ola bilər . Burda söhbət bu tip qızların yalnız bir hədəfi olmağından gedir o hədəfdə yalnızca fürsət tapan kimi ərə getmək . Bu qızlardan uzaq durmaq məsləhətdir bədbəxtlikdən başqa bir şey vədd etməzlər sizə ..
9. Uşaq istəmirəm , yemək bişirənmirəm, ütü ütüləyənmirəm, təmizlik işləri mənlik deyil : Özlərini Hollywood ulduzları kimi hiss edən və bəziləri çox varlı qızlardır ki bunlarında bir qismi sonradan varlığı görüblər. Ancaq bəzənib düzənməyi sevirlər. Mən edə bilmərəm çox hassasam mən, ailəm məni belə böyütdü, evdə heç vaxt heç bir iş görməmişəm mən bundan sonrada dəyişə bilmərəm sənin üçün olsada. Bu tiplərdən mən gördüm bilirəm :) Onlarla başa düşəcəyi tərzdə layiq olduğu ayrılığı göstərin. =)
10. "Gül çiçək" saçan qızlar: Harda olmağından ətrafında kimlərin olduğundan aslı olmayaraq söyüşlə danışan qızlar. Sözlərinin böyük bir hissəsini söyüş təşkil edir. Cəmiyyətdə ən sevilməyən xoşagəlməz "qız" tipləridir bunlar.


Tarix: 12.06.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri