beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlarin gizli sirləri

1. Keçmiş sevgililərini:


Hazırkı partnyorun bilir ki, sənin həyatında birinci deyil. Amma bu o demək deyil ki, keçmiş münasibətlərin barədə ona ətraflı məlumat verməlisən. Kişilər keçmiş münasibətlər haqqında yalnız ona görə soruşurlar ki, özlərinin ən yaxşı olduqlarını eşitsinlər. intimual keçmişin barədə suallara cavab verməməyə və yalan danışmamağa çalış. Partnyoruna sənin yalnız onu düşündüyünü söylə.


2. Pulu nece xərclədiyini:

Əgər müştərək büdcə qurmamısınızsa, ona məvacibini nələrə xərclədiyini söyləmə. Çünki kişiləri lazımsız hesab etdikləri beşinci çanta və ya onuncu ayaqqabı fikri özündən çıxarır. Sevgilin geyindiyin donu təriflədiyi zaman, ona paltarı neçəyə və haradan aldığını demə. Əgər o, paltarın qiyməti ilə maraqlansa, söhbəti dəyiş, de ki, axşam futbol olacaq.
3. Onun qohumları haqqındakı fikrini:


Xəbərdarlıq: qohumları barədə sənin pis fikirlərin münasibətlərinizi korlaya, hətta poza bilər. Qohumları həqiqətən pis olsalar belə, bunu dilinə gətirmə, xüsusilə anası haqqında. Bir faktı qəbul edin ki, qayınanan onun üçün önəmli olduğu kimi, sənin üçün də önəmlidir. Əlbəttə, hər bir insan kimi, sən də şəxsi fikrə sahib ola bilərsən. Amma ərinin anasına məhz ona görə hörmət etməlisən ki, o, dünyaya belə bir insan gətirib. Bu, qarşılıqlı anlaşma üçün birinci və ən çətin andır. Qayınananda bəyənmədiyin cəhətləri yaxşısı budur, ərinə yox, elə onun özünə deyəsən. Çünki du situasiyada ərin yaxşı məsləhətçi ola bilməyəcək. Unutma ki, hazırda sənə rəqib olan adam onun doğma anasıdır. Onu seçim qarşısında qoymaq yolverilməzdir. Bu, yeni konfliktlərə yol aça bilər.

4. Məsum flirtini:



Əgər partnyorunu həqiqətən sevirsənsə, onda başqa kişilərə baxma. Sən əvvəlki kimi kişilərin xoşuna gəlib-gəlmədiyini yoxlamaq istəyirsən? Amma bu davranışın sevgilinin özünü inamsız hiss etməsinə gətirib çıxaracaq. Sevin ki, yanında sevdiyin insan var. Həm də məsum flirtlərin sonu da xoşagəlməz ola bilər. Odur ki, başına əlavə problem açmaq istəmirsənsə, flirtlərdən uzaq qol.

5. Hədiyyəsi barədə düşüncəni:



Hər dəfə ondan bəyənmədiyiniz hədiyyəni alanda pis sima göstərməkdənsə, bu hədiyyələrdə yaxşı nə isə tapmağa çalış: bu yolla partnyorun sübut etməyə çalışır ki, sən onun üçün önəmlisən. Və ya hədiyyələrilə sənə bağlılığını ifadə etməyə çalışır. Ona gələn dəfə hədiyyə olaraq nə almaq istədiyin barədə ipucu ver.

6. Yaşını:
"Kişidən gerçək yaşını gizlətmək lazımdır" sualı bütün qadınları narahat edir. İlk növbədə, bu, kişi ilə münasibətlərini uzunmüddətli qurub-qurmayacağından asılıdır. Əgər kişi ilə heç zaman yaxınlaşmayacaqsansa, onda intuisiyana görə hərəkət et. Yox, əgər kişi gələcək həyat yoldaşın roluna namizəddirsə, onda mütləq həqiqəti deməlisən. Əks halda, kişi yaşını BBAQ-da öyrənərsə, bal ayınızı yalan danışdığına görə hesab verməklə keçirməli olacaqsan. Yaxşı halda ailə həyatınız başlanğıcdan pozulacaq, pis halda isə boşanma ilə nəticələnəcək.


Tarix: 26.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri