beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə çəhrayı rəngi sevir ?

İngilis Newcastle Universiteti ekspertləri qadınların çəhrayı, kişilərin mavi rəngi seçməsinin bir davranış yoxsa genetik olduğunu araşdırdı. Cəmi 200 qadın və kişiyə mavi-çəhrayı tonlarından ibarət olan rəng sxemləri göstərildi. Hər biri 250 fərqli sxemi qiymətləndirən təcrübələrdə qadınların daim çəhrayıya yaxın rəngləri, kişilərin isə mavi şkalasındakı rəngləri seçdiyi aydınlaşdı. Araşdırmaçılar qadınların çəhrayını, kişilərin mavini sevməsiylə əlaqədar bu şərhləri verdi:
Çəhrayı: Dəymiş meyvə..
Qədim zamanlarda qadınlar yığıcılıq edirdi. Meyvələrin yetişkinləşib dəydiyini anlamaq üçün də qızarıqlıqlarına baxırdılar və çəhrayılaşmış olanları yığırdılar.Həmdə nəsil artırmaq üçün həyat yoldaş seçərkən də yanaqlarının çəhrayı olmasına diqqət yetirirdilər. Çünki bu, kişinin sağlam olduğu mənasına gəlirdi. Bax bu seçimlər çəhrayı rəngi çox sevmələrinə səbəb oldu.
Mavi: Ovlanma havası
Qədim zamanlarda kişilər ovçuluq vəzifəsini yerinə yetirirdilər. Açıq və aydın mavi bir səma, ovçular üçün havanın ovlanmağa uyğun olduğu mənasına gəlirdi. Bu vəziyyətdə bərəkətli bir gün keçirəcəkləri inancı mavini sevmələrini təmin etdi.


Tarix: 11.06.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri