Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakirəlik saxlanmalı, yoxsaa/..?

Bakiriliy Bizim Sərvətimizdir


Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də "ayağı sürüşkən" qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.
Birinci erkəyin təsiri
Hər şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır.Alimlərin indi ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.
Keçmişin bağışlanmaz səhvləri...
Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə aşkar olan kimi insanlardan gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən intimual inqilabların qarşısında çox böyük maneələr yaradırdı. İnsan nəslinə qənim çıxmışlar imkan verə bilməzdi ki, bu məlumat hamıya çatdırılsın. Elmi ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən sonra onun elmi cəhətdən təsdiq olunmadığını yazır. Sovet İttifaqının ərazisində beynəlxalq festivallar keçirildikdən hətta bir neçə illər sonra da rus qadınları sapsarı vanyalardan qaradərili uşaqlar doğmağa başlayanda elm yenə də susurdu. Çünki ayağı sürüşkən qızların boynuna günah qoymaq çətin iş deyildi. Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il əvvəl başqa irqin nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox. Yəni ki, uşaq 100 faiz öz ağdərili atasının övladı idi. Qadınına etibar etməyənlərin DNT testi verib uşağın 100 faizlik atası olduğunu müəyyən edəndən sonra teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi qalmadı. Həyat göstərir ki, qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi olub hətta keçmişini unutmaq istəsə də qanuni ərinə sağlam uşaqlar doğa bilmir. Keçmiş fahişələrin uşaqları arasında narkomanlar, homointimualistlər, toksikomanlar və psixi cəhətdən yarıtmaz adamlar daha çox olur. Çünki həyatı boyu fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin tör-töküntüsünü canına çəkir.
Özünü ipdən qırılmış heyvanlar kimi aparan gənc nəsil bəzən bütün taleyini zərbə altına qoyduğunu alına da gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da müsbət yüklü informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş qoruyucular bu tip informasiyanın qarşısını ala bilmir.
Bakirəlik qanunu
Teleqoniya qanunu deyir ki, qadının ilk kişisi onda ömürlük iz qoyur və hətta sonra doğulacaq uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi partnyoru sonradan bu qadının kimdən və harda doğacağından asılı olmayaraq uşaqlarının genefondunun təməlini qoyur. Bakirəliyi pozmuş kişi sanki qadının bütün nəslinin atasına çevrilir. Bəzən ikl kişinin nəinki gen yaddaşı, hətta görkəmi də sonrakı ona dəxli olmayan uşaqlarda özünü göstərməyə başlayır.
Teleqonia heyvanlar arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı» oynayıbsa onun doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün, həşəratlarda bir neçə gündən bir neçə aya qədər saxlanma halları məlumdur. Bu yolla qadının cinsiyyət yollarında «ayaq saxlamış» sperma növbəti dəfəki aktda işə düşə bilərdi.
Kənddə seleksiya ilə məşğul olan baytar həkimləri bu barədə daha yaxşı danışa bilər. Vaxtilə çox geniş tətbiq edilən süni mayalandırma üsulu vaxt keçdikcə iflasa uğradı. Bir öküz 50, uzağı 100 inəyi mayalandırar. Süni yolla bir öküzü 1500 inəyə «evləndirirdilər». Amma nəticədə 30 faiz eybəcərlik doğulurdu. Sonradan bəzi inəklər təbii yolla «ərə getmək» istəmirdi. Sovet zamanının təcrübələri barədə adətən danışmağı sevmirlər. Deyirlər ki, Fransada aparılan təcrübələrin nəticələri maraqlı olub. Süni yolla 3 qadın mayalandırılıb. Doğulan uşaqlar əsil bioloji valideynlərinə oxşamaq əvəzinə hüquqi valideynlərinə bənzəyib.
intimo indrustiyasına bir zərbə
Hazırda teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından dəfələrlə çoxdur. Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi saymaq özünə və arzularına qarşı çıxmaq kimidir. Belə deyənlərin əksəriyyəti intimo industriyasının çiçəklənməsində marağı olan adamlardır. Əgər teleqoniya hadisəsi məktəblərdə tədris edilsə hər bir gənc taleyinə ciddi zərbə vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman intimo industriyanın daha bir tamaşaçısı azala bilər. Bu kiminsə pul dağarcığına möhkəm zərbə vurmuş olar.
Vicdanı yanmış qızlara bakirə demək olarmı?
Bakirəliyi itirmək asandı, qaytarmaq mümkün deyil. Gəncliyində bir dəfə səhvi olmuş qadınların sağlam ailə qurmaq şansı bəyəm ömürlük itirildi? Bu sualın cavabını yalnız din verə bilər. Sidq ürəkdən tövbə etmiş adamın duasını eşidən Allah onun ruhundakı dəyişikliyi görüb fiziki qüsurunu aradan götürə bilər. Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən rahat izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa birbaşa təsir edir. Bizdə hamilə qadını kifir adama baxmağa belə qoymurlar. İnam var ki, ananın ürəyinə düşsə, ya da uşaq ilk təkanını verən zaman anasının gördüyü adama oxşaya bilər.
Genetik siyasət
Tarixdə bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə dair çoxdu faktlar var. Bu sadəcə kişi qısqanclığı deyildi. Qədimdən bəri hansısa yaşayış yerini zəbt eləmiş həmlə edən tayfa məğlub qəbilənin varidatından da əvvəl qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin qızda öz gen yaddaşını həkk edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar insanın öz genetik kodunu düşmən tərəfə yeritmək siyasəti idi. Sonra düşmən çıxıb gedəndən sonra bu qızı ya monastra verir, ya da keşişin yanında köməkçiliyə göndərirdilər. Onunla evlənmək istəyən olmurdu ki, yağının nəslini davam etdirməsinlər. Monastra getmiş bu qızın günahı o biri monaxlardan fərqli olaraq bağışlanılan sayılmırdı.
Gizlədilmiş elm
Əvvəl ilk partnyorun təsirindən danışılırdısa, sonralar bütün partnyorların qoyduğu silinməz izlərdən danışıldı. Özü də təkcə kişilərin qadına deyil, qadınların da kişidə buraxdığı izlər aşkar edildi. Münasibətlər illər uzunu əvvəl olmuşsa məlumat harda və hansı şəkildə qorunub ötürülə bilər? Bunu 1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət məsələlərini öyrənən təcrübələr qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer fatonları DNT yaddaşından informasiyanı köçürürdülər. Bir neçə spektrin şəklini çəkəndən sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən yerinə boş qab qoyur. Amma bu qabdakı informasiya da yazılmağa başladı. Yazılanlar bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin yazılarına çox bənzəyirdi, amma bir qədər zəif idi. Alim düşündü ki, qabda ola bilər ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi. Amma həmin effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir qədər zəif şüalanması qeydə alındı. Alim heyrətini gizlədə bilmirdi: "Qabın boş olmasına baxmayaraq lazer elə bil ki, hansısa görünməz strukturlarla üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə davam edirdi. Əmin olmaq üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla üfürürdük. Əvvəl yoxa çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa edilirdi. Elə bil ki, onları məhv etmək mümkün deyil". Qaryayev bu təcrübəni bir il davam etdirdi. Sonda şübhələr qalmamışdı: DNT silinən kimi hansısa bir fantom qalır ki, o da DNT malekulunun daşıdığı informasiya yüklüdür. Maraqlısı o idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də təmiz idi. Bu təcrübə bizə əsas verir ki, kişinin ünsiyyətdə olduğu qadına "avtoqraf" qoyduğunu düşünək. Bu yazını heç nə poza bilməz. O, bədənə və ruha da təsir etmək iqtidarındadı.
Yarıqadağan mövzularda söhbət
"Nikahdan əvvəl cinsi həyata başlamalı, ya yox?" sualı indi müasir cavanları çox narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi inqilabdan dəm vurur, kimsə xalqın artıq inqilablardan keçmiş başqa millətlərlə müqayisədə geridə qalmış olduğunu deyir. Ona görə də inqilabı inqilaba calayan millətlərin tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan danışan cəmiyyət ən əvvəl intimual azadlığı təcrübədən keçirir. Amma bütün intimual inqilablar primitiv, heyvani səviyyəyə qədər alçalmaya gətirir. Tarixdən məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə gətirir. Bütün dinlər insandan cinsi həyatında səliqə-səhman tələb edir. Bu fikri alimlər də təsdiqləməyə məcburdur: hazırda yavaş işləyən 50-yə qədər virus növü məlumdur ki, eybəcərliklər və qazanılmış xəstəliklər törədərək insan cəmiyyətini tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz, şizofreniya, xərçəkg kimi zəmanə bəlalarının da QİÇS kimi virus xarakterli olduğunu deyənlər də var. Gen səviyyəsində tənəzzül qətllərin, cinayətlərin, intiharların, depressiyanın, avaraçılığın artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün ardıca gen səviyyəsində tənəzzül gəlir.
Qonşumuz Rusiya intim məsələsində artıq Allahın qəzəbinə gəlmiş Sodom və Qomorra şəhərlərini xatırladır. Burda hər 4 uşaqdan biri nikahdan kənar doğulur. Analar utanmadan uşağın atasını tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri eybəcərliklə doğulur. Uğurlu ailə qurmuş qadınların 98 faizi nikahdan əvvəl cinsi həyata başlayıb. Hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədi. Moskva və Sankt-Peterburq şəhərlərinin məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda fiziki və psixi xəstəlik yoxdu. intimual inqilab əsrin deyil, minilliyin problemidir. Qədim xəritələrə baxsaq onlarla dövlət adı çəkə bilərik ki, əxlaqsızlığı davranış normasına çevirmişdi. Amma indiki dünyanın xəritəsində əxlaqsızlıqda ad çıxarmış samnitlərin, etrusların, kütləvi orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri artıq yoxdu. Xettlərin, asteklərin əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz səhnələrdə qalıb. Xalqların yoxa çıxması eyni ssenari ilə baş verir: kütləvi fahişəlik- intimual pozğunluq- psixi sapmalar- sağlam uşaq doğa bilməmək. Sizə belə intimual inqilab lazımdır?
"Bizim Yol" qəzeti


Tarix: 11.06.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 593 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...