beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızlar Nə İstərlər ?

Qızlar nə istərlər ?


Salam gözəlçə! Sənin yəqinki sevdiyin

qız var və sən bilmək istəyirsən ki,

o səndən nə istəyir? Sən bəxtəvərsən! İndi mən zəif

cinsin bir nümayəndəsi kimi çalışacam bu çətin suala cavab verim.

Məncə bu mövzuya giriş etməzdən öncə bilmək lazımdır ki,

oğlan nə istəyir! Hə, bir çox (bir qismi) qızlar belə fikirləşirlər ki,

oğlanlara ancaq "bir şey" lazımdır. Sənin üzərinə düşən iş isə,

sübut etməkdir ki, təkcə "bir şey" yox. Qızın qarşısına belə bir

seçim qoymaq lazım deyil ki, ya sən mənimlə olmalısan ya da

ayrılmalıyıq. Əlbəttə ki, qız səni dəlicəsinə sevirsə,

sənin bu təklifinlə razılaşa bilər.

Bütün qızlar hədiyyəni xoşlayır. Ancaq bu o demək deyil ki,

yalnız ona bahalı hədiyyələr almalısan. Bütün qızlara xoş gələr ki,

ona səmimi ürəkdən sadə gül buketi və yaxud da kiçik bir hədiyyə alasan.

Öz qızına xoş sözlər de! Gözəl sözlər deməkdən əsla çəkinmə!

Biz qızlar bunu sevirik! Eləcə də onu gözəl adlandırmağı

unutma (əzizim, gözəlim, canım, həyatım, bircəciyim)

Onunla görüşünü və onun xahişlərini yerinə yetirməyi heç vaxt unutma.

Görüşə vaxtında get, axşamçağı ona zəng et əgər bunu

səndən xahiş edibsə. Əgər xahiş etməyibsə belə, o sənin

səsini eşitməyə şad olacaq. Qızlar oğlanlardan fərqli olaraq

"xırdalıqlara" çox fikir verirlər. Əgər sizin tanışlığınızın 5 ayı və

yaxud da bir ili tamam olması münasibətilə onu təbrik

etsən sən öz qızını xoşagəlimli təəccübləndirərsən.

Qızlar belə hesab edirlər ki, əgər oğlan qızı öz valideynləri ilə

tanış etməyə çağırırsa deməli oğlanın fikri ciddidir.

Adətən oğlan fikirləşir ki, qız nəyə görə onunla görüşür?

Qız onların münasibətində nə axtarır? Cürbəcür hallar olur.

Adətən qız oğlanı sevir və onunla bir yerdə olmaq istəyir,

olur ki sadəcə olaraq vaxtını keçirir və onda oğlana qarşı heç

bir hiss yoxdur. Elə qızlara rast gəlinir ki, oğlanın valideynlərinin

pulunu əldə etmək üçün ona ərə gedir. Bəzən isə elə

"aktrisalara" rast gəlinir ki, sən əslən onların sevgisinə inanırsan.

Sənə arzum budur ki, sənin qarşına bu cür qızlar çıxmasın.


Tarix: 09.06.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri