beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı əhval-ruhiyyənin vacibliyi

Milyonlarla qadın üzünə və əllərinə qulluq edir və dəbli kosmetik vasitələri əldə etmək üçün xərcdən çəkinmirlər. Halbuki ruhi sakitlik, yaxşı əhval-ruhiyyə, müsbət emosiyalar ən yaxşı kosmetik vasitələr olub və olmaqdadır. Əgər qadın əsəbirdirsə, paxıldırsa, qaşqabaqlıdırsa, dilxordursa, küskündürsə, məyusdursa, ruh düşgünlüyü varsa ona heç bir masajistlər, heç bir kosmetik maskalar və heç bir muasir gözəllik İnsitutu kömək edə bilməyəcək. Belə qadını sevmirlər. Ən yaxşı halda ondan ehtiyyat edirlər ki, o qəmgin əhval-ruhiyyəsi ilə başqalarının kefini pozmasın. İstəyirsiz sizdən qorxsunlar? Yox? Belə halda yadda saxlayın ki, masajistlərə və kosmetoloqlara pul xərcləməkdən, yaxşı əhval-ruhiyyəni və müsbət emosiyaları əldə etmək xeyli asandır və üstəlik təbiidir.
Köhnə məsəli deyək: Necə haraylayırsan, elə də cavab alırsan. Əgər ixtiyarınızı hirsə, qəzəbə vermisizsə o da sizinlə hirslə, qəzəblə yanaşacaq. Əgər sizdə paxıllıq yaranıbsa əmin olun ki, o mərhəmət yox, nifrət hissi yaradır.
İşdən evə gələndə bütün kədərləri, səhvləri unudun. Öz ətrafınızda sakitlik, rahatlıq yaradın və sizə yaxşı əhval-ruhiyyə qayıdacaq. Yaxşı bir şey haqda fikrinizi mərkəzləşdirin və özünüzə deyin: «MƏN SEVİRƏM, MƏN SEVİMLİYƏM, MƏN İNSANLARA SEVİNC GƏTİRMƏK İSTƏYİRƏM, MƏN XOŞBƏXTDƏM.» Görəcəksiz ki, bütün qəm və kədərlərinizin izi də qalmayıb. Burda mistik heçnə yoxdur. Bu adi ruhi profilaktikadır.

Əksər qadınlar və kişilər bir qədər əsəbiləşən kimi sakitləşdirici dərmanlara üz tuturlar. Bunu etməyə tələsməyin. Sizin psixiki durumunuz kifayət qədər ehtiyyata malikdir ki, özünü stressdən çıxartsın. Dərmanlardan istifadə beynimizə zülm edir, orqanizmimizi zəiflədir, psixiki tarazlığı saxlama qabiliyyətini kütləşdirir. Bundan başqa, dərmanlardan sistematik istifadə əlavə xoşagəlməzliklər yaradır. Əlbəttə, biz əsla sizi qəlbsiz bir varlıq olamağa çağırmırıq. Hansı ki, ətrafda olanlarla heç bir işi yoxdur. Siz bunu edə bilməzsiz, etməyə də çalışmayın. Əgər sizin ərinizlə mübahisə yaranıbsa gözlərinizi örtün və hesab edin ki, siz bir-birinizin əlinizdən tutaraq möcüzəli meşədən gedirsiniz, quşlar oxuyurlar, meşə çayların səsi... Əmindirlər ki, əgər həmin an ərinizlə barışmasaz itkiyə yol verəcəksiz. Hardasa yarım saat sonra kefiniz açılanda özünüzə sual verəcəksiz, mən necə yol verə bilərdim? Hansısa mənasız sözə görə mən sevdiyim insanla mübahisə etdim? Durur ki, başlanmış mübahisəni saxlamaq, özünün acı danlaqları və inciklikləri ilə mübahisəni daha da alışdırmaq və əlbəttə iş: siz bununla özünüzün və əriniz kefini uzun günlərə pozursuz və bir də, məlum deyil nədən yaranır mübahisələr.


Tarix: 22.05.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri