beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınları Anlamaq ...

Sevdiyiniz qadını anlamaq, istəklərinə cavab verə bilmək və xoşbəxt əlaqənizi bir ömür davam etdirmək üçün, sizlərə kiçik bir "qadınları anlama təlimatları"...
Baxın qadınlar nələr istəyər?!

Başa düşmək ...
Əlaqə qura bilmək, hər əlaqənin sağlamlığı üçün olmazsa olmazdır. Əgər bir qadının kiçik belə olsa bir problemi varsa, əmin olun onu dinləməyinizi istiyir. Bir sıra problemlər kişilər üçün çox mənalı görünməsi də empati qurun, dinləyin və anlamağa çalışın. Bu fədakarlığı göstərmək belə bir qadını rahatlaşdırar və onu başa düşdüyünüzü ya da anlamağa çalışdığınızı göstərər.

Qərarlılıq ...
Bir qadın, qarşısındakı insanın nə qədər qərarlı olduğunu hiss etsə, o qədər güvən bəsləyər. Həyatda nə qədər qərarlısınızsa, ayaqlarınız o qədər yerə basır deməkdir. Qadınlar hər zaman nə istədiyini bilən kişilərə özünü daha çox təslim edər, çünki istəndiklərini bilmələri onları son dərəcə xoşbəxt edər.

Hörmət ...
Həyatda nəyi hörmət üzərinə qurarsanız qurun, müsbət getdiyini görəcəksiniz. Eyni şəkildə qadınlar da özlərinə hörmət edilməsini istəyərlər. Bunun ən böyük səbəbi, qadınlar əlaqələrində hörmət gördükləri qədər özlərini qiymətli hiss edərlər. Unutmayın ki, bir qadına, onun fikirlərinə hörmət etdiyinizi hiss etdirsəniz, heç bir şey onun üçün külfət olmayacaq.

Fədakarlıq ...
Qadınlar, əlaqələrində hər vaxt verdikləri əməkləri əks olunmasını görmək istəyərlər. Bunu göstərmənin ən gözəl yolu fədakarlıq göstərmək və plana keçirmək olacaq. Bir qadın ən kiçik bir şeyin belə yalnız özü üçün edildiyini gördüyündə inanın özünü çox xoşbəxt hiss edəcək və bu xoşbəxtlik əlaqəyə də əks olunacaq.

Azadlıq ...
Qadınlar ümumiyyətlə əlaqələrində bütün həyatı paylaşmağı arzulasalar da, özlərinə aid bir sahə buraxılmadığında işlər dəyişə bilər. Unutmayın ki, qadınlar özlərinə aid bir azadlıq sahəsi qalmadığında özlərini qəfəsdə kimi hiss edərlər.

Təbiilik ...
Yalnız olduğunuz kimi olmaq, bəzən bütün problemlərin həllidir. Əgər bir qadına olmadığınız biri kimi davranırsınızsa, əmin olun bunu başa düşər və başa düşdüyündə artıq heç bir şey ona inandırıcı gəlməz. Qadınların hisslərini yüngülə almamaq lazımdır.

Maraq ...
Bir kişinin, bir qadının üzərində hər vaxt marağını hiss etdirməsi lazımdır. Təbii ki bunu etmənin saysız yolu var. Balaca bir jest, sərf edilən gözəl sözlər, bəzən bir toxunuş, bəlkə də yalnız bir baxış... İnanın, bir qadına, ona aid olduğunuzu hiss etdirmək düşdündüyünüzdən daha asandır. Əsas diqqətinizi üzərində hiss etsin.

Xatırlanmaq ...
Ad günü, il dönümü, sevgililər günü ya da yeni il kimi xüsusi günlər qadınlar üçün çox daha mənalıdır. Bu xüsusi günləri unudulmaz və digər günlərdən fərqli etməniz, bir qadının üzünü təxmin etdiyinizdən çox daha çox güldürəcəkdir. Təbii ki bu əlaqənizdə də böyük fərqliliklər yaradacaq.

Sürprizlər ...
Bir qadını xoşbəxt etmək, bəzən təxmin etdiyinizdən daha asandır. Heç gözləmədiyi anda verdiyiniz bir hədiyyə, xüsusi bir gün olmamasına baxmayaraq aldığınız bir dəstə çiçək ya da öz əllərinizlə yalnız onun üçün bişirdiyiniz gözəl bir yemək bir qadının qarşısındakına daha çox bağlanmasını təmin edəcək.

Güvən ...
Bir qadın üçün hər şey etibarla başlayar. Hər mövzuda etibarlılıq bir qadın üçün bir lüks deyil, bir ehtiyacdır, çünki güvən demək təslimiyyət deməkdir. Xüsusilə bir kişiyə olan etibarı qarşılıqlıdırsa, onsuz da dinclik özbaşına gələcəkdir. Amma əsla unutmayın, qadının etibarını qazanmaq nə qədər çətin olsa belə , sonrasında yaşanacaqlara qətiliklə dəyəcək.


Tarix: 18.05.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri