beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən evli bir qadın,sənsə....

Bu xəbəri hazırlamağa qərara gəldim,çünkü yaxın padruqamın başına belə bir hadisə gəlib....O,bunları mənə danışarkən məndən məsləhət istədi...İndi mən də bunları sizlərə danışıb məsləhətlərinizi almaq istəyirəm və onu da deyim ki,verdiyiniz bütün məsləhətləri ona deyəcəm....

Deməli belə onu dediklərini sətirbə-sətir bura yazıram....

Günlərin bir günü internetdə olarkən bir oğlan mənə ismarıc yazdı,ondan xahiş etdim ki,mənim əvvəl internetə girdiyim nikimi mənə qaytara bilərsənmi? Və beləcə o oğlan onun nikni geri qaytardı.Və sonda oğlan qızdan belə bir söz soruşdu?
- Siz bura nə məqsədlə gəlmisiniz,burda olan sevgilərə inanmayın...
- Qızsa cavabında yox,mən bura sevgi niyyətilə gəlməmişəm...Sağollaşdılar...

Beləcə bir müddət keçdi...
Sonra həmin bu qız öz rəfiqəsilə internetdə girib dini mövzular haqqında danışardılar...
Günlərin bir günü həmin oğlanla rastlaşdılar.Beləcə 2-3 gün danışıqlardan sonra qıza məlum oldu ki,o oğlan onu sevir.Qız isə ona cavabında mən evli bir qadınam dedi,və ona uşaqlarıda olduğunu bildirdi.Beləcə oğlanla qız danışırdılar.Oğlan ona səni istəyirəm,səni sevirəm dediyində...Qızsa hər dəfəsində mənim uşaqlarım var,mən onsuz yaşaya bilmərəm deyirdi...
Halbuki,qız uşaqlarını götürüb ona doğru getsəydi,oğlan yenədə onu qəbul edirdi,çünkü o həmin bu gəlini çox sevirdi...
Oğlan evin tək oğluydu,o qıza mənim anam mənə hansı qızı istəsən ala bilərsən deyib...
Qızsa ona belə deyib, - kimə desən güləre...deyərlər ki,bakirə,subay qızlar qala-qala ərlini neynirsən,
O,isə cavabında insan sevəndə belə şeylərə baxmır,inan kı mənim yanımda olsaydın ürəyimin necə vurduğunu görərdin...
Qız sonda ona dost olaraq qalırıq,yoxsa ayrılırıq deyəndə cavabında...oğlan belə dedi:
- Mən səni sevirəm,bir gün gələr ki,peşiman olacaqsan o zaman məni yadına salıb deyərsənki belə birisi vardı,çox demişdi lakin mən...

Beləcə son danışıqlarını yazışarkən oğlan bir də bunu dedi,sənə hər ehtimala qarşı nömrəmi verirəm,bilirəm zəng etməyəcəksən ama...nə zaman istəsən zəng edərsən...
Çox istərdim ki,mənim xəyallarımdakı Nərminə(bu qızın adını burda Nərminə kimi yazdım ,çünkü adının gizli qalmasını istədi)- gərçək Nərminə olsun...

Bax bu da onların son danışıqları oldu...

Onu da xatırladım ki, rəfiqəmin əri onu dəfələrlə döysədə,uşaqlarına görə ayrılmayıb...Həm də qadın çöldə işi olmasa ildə 1-2 dəfə çölə çıxar...


Tarix: 18.05.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri