beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın tam anlamıyla...

Qadın-qardaşdır,yoldaşdır,bibidir,xaladır,bacıdır,həyat yoldaşıdır amma ən əhəmiyyətlisi "ana"-dır.

Ana da-eyni anda iki parçaya bölünən,özündən əvvəl ailəsini düşünən, qarşılıqsız fədakarlıq edən,ayaqlarının altında "Cənnət" olan, sonsuz güvən duyulan və nə olursa olsun bağışlayan canlının adıdır.

Qadın- mədəniyyətdir.Ən vəhşi adamı belə sakitləşdirər.

Qadın-səbirdir.Bezmədən,yorulmadan səbr edər.

Qadın-fədakarlıqdır.Qarşılıq gözləmədən bütün yaxşılıqları edər.

Qadın-döyüşçüdür.İnandıqları uğruna da vətəni uğruna da sonuna qədər döyüşər!

Qadın-müqəddəsdir...

Dünya üzərindəki hansı canlı, bədbəxt olduğu bir evdə uşaqları üçün yaşamağa davam edər?! Hansı canlı dinclik olsun deyə həmişə hər seyə dözər?

Qadın-girdiyi yerə işıq aparandır. Evi yuva edəndir. Hər müvəffəqiyyətli kişinin arxasında olandır.



Yaxşı ki, siz qadınlar varıq



Bu siyahıya başqa nələr əlavə edə bilərsiz ))


Tarix: 18.05.2013 / 12:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri