beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə Kişiləri sevir ??? Maraqlı sualdır elə deyilmi?

Elə isə buyurun, Zərif cinsin nümayəndələrinin verdiyi cavablarla- Etiraflarla tanış olaq...

1. Çünki güclü qollarında özümüzü etibarda hiss edirik.
2. Çünki bizdən fərqlidirlər.
3. Çünki hamımız bir mazoxistik, bizə əzab verən şeylər xoşumuza gəlir.
4. Çünki axşam yeməyi üçün etdikləri yalnız qayğanaq olsa da, bu böyük bir fərasətmiş kimi lovğalanırlar.
5. Çünki anasıyla danışarkən birdən necə olur ki, ana quzusuna çevrildiyinə inana bilmirik.
6. Çünki avtomobilimiz, televizorumuz və ya maqnitafonumuz xarab olduğunda «mən düzəldərəm» ədasıyla təmir etməyə çalışırlar.
7. Çünki bizə, ilk dəfə bizə əhəmiyyət verdiklərini açıqlayarkən utanıb sıxılırlar.
8. Çünki bir şeyə diqqətlərini cəmlədiklərində alınlarında kiçik bir çuxur meydana gəlir.
9. Çünki dəcəllik etmiş kiçik bir uşaq kimi gözümüzün içinə narahatlıqla baxıb biz gülənə qədər elə qalırlar
10. Çünki alış-verişə nifrət etsələr belə bizimlə gəlib çantalarımızı daşıyırlar..
11. Çünki futbolkalarını və ya sviterlərini bizdən fərqli olaraq, boğaz qisimindən tutaraq çıxarırlar və bu onları daha cazibədar edir.
12. Çünki restoranda yeməyimizi bəyənməzsək bizimlə qablarını dəyişdirirlər.
13. Çünki futbol oynayarkən çox vaxt yıxılıb şikəst olduqları halda, sadə bir yıxılmadan dəhşət qorxarlar
14. Çünki e-mailimizə əyləncəli və ronatik mesajlar göndərirlər.
15. Çünki kinoda əl-ələ, qol-qola, hətta yanaq yanağa film seyr etmək çox zövqlüdür.
16. Çünki bizi dizlərinə oturtduqları zaman «ağırammı?» deyə soruşduğumuzda «YOOOOX» deyirlər
17. Çünki yeni təraş olmuş, yumşaq və gözəl iy verən üzlərinə toxunmaq müdhiş bir duyğudur.
18. Çünki izdiham olan yerdə, bizi qorumaq və ya yol göstərmək üçün, əllərini nəzakətlicə kürəyimizə qoyurlar.
19. Çünki onların böyük, isti əllərinin içində bizim əlimiz kiçik və incə qalır.
20. Çünki təraş köpüyü içindəki üzləri çox şirin görsənir.
21. Çünki məşq edərkən çox cazibədar olurlar.
22. Çünki azacıq saqqal onlara çox yaraşır.
23. Çünki hava buz kimi olduğunda üşüdüyümüzü söylədiyimiz zaman, pencəklərini verməkdən çəkinmirlər.
24. Çünki getmək istədiyimizdə şıltaq uşaqlar kimi ayaqlarımıza yapışıb, getməmizə icazə vermirlər.
25. Çünki! günahkar olduqlarını üzlərinə vurduğumuzda bunu qəbul edib pis-pis bir gülümsəyirlər.
26. Çünki ən vacib hadisə üçün belə hazırlanmaları sadəcə 3 dəqiqə davam edir
27. Çünki dediyimiz bir sözü anlaya bilmədiklərində ən şirin səs tonlarıyla «Necə canım?» deyirlər.
28. Çünki kişi dostlarıyla çənə döydükləri halda, bizi yeməyə çağırarkən dilləri tutulur!!!
29. Çünki bizi evə buraxdıqlarında gözlərində o «Gecə yarısı sənə zəngedəcəm» deyən cazibədar və qəribə baxış var

30. Çünki gün içində nə qədər şir olsalar da yatarkən bir körpəyə dönürlər.
31. Çünki rəfiqələrimizlə olan problemlərimizi həll etməyə çalışır amma işin içindən çıxa bilmirlər
32. Çünki xüsusi günlərdə, hətta canları istədiyi hər vaxt bizə çiçək göndərirlər.
33. Çünki etdiyimiz yemək pis də olsa, dünyanın ən gözəl yeməyiymiş kimi iştahla yeyirlər.
34. Çünki səhər oyandıqlarında batıq səsli, saçları dağılmış və gözləri şiş olur.
35. Çünki heç səbəbsiz yerə əlimizi möhkəmcə tutub öpürlər.
36. Çünki onlar da bizi sevir!!!


Tarix: 17.05.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri