beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köhnə dost düşmən olmaz deyərlər ya həyat yoldaşı?

Kimsə boşanmaq üçün evlənmir, kimsə ayrılmaq üçün sevgili olmur ... Və təbii kimsə sevgiylə gözlərinin içinə baxdığı adamla ayrıldıqdan sonra düşmən olacağını da düşünə bilmir. Halbuki həm insanın təbiətindən irli gələrək ,həm də xüsusilə ictimai quruluşumuzun uyğun olması səbəbiylə ayrılanlar əksəriyyətlə bir-birindən nifrət edir.

Xəyanətin nəticəsi.

"Köhnə həyat yoldaşıyla dost qala bilmək niyə çətindir?" sualına Psixoloq Selin Özkök belə cavab verir: "Bizim cəmiyyətimizdə əksəriyyətlə qadının yoldaşından ayrılması üçün kişinin xəyanət etməsi lazımdır. Qadınlar ərləri ilə yola getməyincə, ərləri tərəfindən döyülüncə ya da qaynana ilə problemləri olunca heç səs çıxarmadan evliliyi davam etdirirlər. Nə vaxt ki kişi xəyanət edir qadınların səsi çıxır. Xəyanət ilə birlikdə nifrət də dövrəyə girir. Əgər adam başqa bir qadın uğruna evini tərk etmişdirsı onsuz da həyat yoldaşını axtarmır, bəziləri uşaqlarını belə xatırlamır. Qadın da həmçinin ünsiyyəti davam etdirmək istəmir. Bu səbəbdən ayrılan yoldaşlar bir-birinə düşmənçilik hissi bəsləyirlər. "

Avropada və xüsusilə ABŞ-da xəyanət olsa belə tərəflərin mədəniyyət çərçivəsində əlaqələrini davam etdirdiyini ifadə edən psixoloq, bu vəziyyətin sərhədini isə belə çəkir: "Tərəflər ayrılmağa qərar verdikdən sonra xüsusilə görüşmək istəməzlər. Ancaq bir məclisdə ya da küçədə qarşılaşdıqlarında bir-birlərinin hal-ahvalını soruşa bilməlidirlər. Bu qarşılaşmada biri 'Necəsən?' deyə soruşduğunda qarşı tərəf 'Səndən sonra necə olmamı gözləyirsən?' kimi cavablar vermədiyi müddətcə bir problem çıxmaz. O saatdan sonra köhnə dəftərləri açmaq, iynələyici sözlər söyləmək çox mənasızdır və heç kimə bir fayda verməz. "

Uşaqlar üçün fədakarlıq edin.

Ayrıldıqdan sonra bir-birindən nifrət edən tərəflər ən çox da uşaqlarına zərər verir. Dünyada ən çox sevdiyi iki adam arasında qalan uşaqların ruhu dərindən yaralanır.

Həftə sonu uşağını almağa gələn bir atanın köhnə yoldaşı ilə ayaqüstü söhbət edərək ya da bir problem olduğunda ayrılmış ana-atanın ünsiyyət quraraq ortaq bir həll yolu tapmalarının uşaqlar üçün də müsbət olduğunu vurğulayan psixoloq, "Bəzən ayrılan yoldaşlardan biri təkrar evlənə bilər. Evlənməyən tərəf uşağı istifadə edərək qarşı tərəfi rahat buraxmır. Məsələn ana, uşağın sağlamlığı ilə əlaqədar uydurma ya da şişirdilmiş bəhanələrlə köhnə yoldaşından əl çəkmir. Evdə uşağını mənfi mesajlarla doldurur. Uşaq atasının yeni yoldaşına "Sən atamı bizdən aldın 'kimi cümlələr qura bilir. Ailələr unutmamalıdır ki uşağı, ana və ya atası haqqında doldurmaq ona ediləcək ən böyük pislikdir. "


Tarix: 16.05.2013 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri