beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namuslunu photoshopla namussuzlaşdırmaq!

Sizin də gözünüzə ilişdimi bilmirəm.. Son günlərdə ictimai paylaşma saytlarında və sosial şəbəkələrdə gəzən bəzi fotoşəkil çəkənlər var.. Sayları çox artmağa başladı..
İnsanın görüncə kiçik dilini udacağı, "Bu necə ola bilər" deyə heyrətlər içində qala biləcəyi fotoşəkil çəkənlərdir bunlar.. Hanı internet və photoshop texnikasından bixəbər olanların dərhal inana biləcəyi növdəndir. Bir az aşağıda o fotoşəkillərdən bir neçəsini görəcəksiniz..

Budur o fotoşəkillərdən biri..






Bunlardan ictimai paylaşma saytlarında olan onlarlası var..

Qürur, vicdan, şərəf, namus və adamlıq anlayışlarını heç bir zaman daşımamış olan bəzi növü naməlum varlıqlar bu və buna bənzər fotoşəkilləri paylaşır, onların bu tələsinə düşən yarım ağıllılar bu fotoşəkil çəkənin altına ilişdirdikləri şərhlərdə, inanca, türbana,hicaba, Müqəddəs Kitaba söymədiyi təhqir qalmır..

Nələr deyilmir ki..

Bütün örtülü xanımları nəzərdə tutaraq, "O hicabın altında nələr olur nələr" deyənindən..

"Saçı başı bağlı amma altda alt paltar geyinmir" deyəninə qədər bir çox əcaib "insana" rast gəlməniz mümkündür..

Və onlardan bir neçəsinin şərhi:

- Hicablı qızların bəziləri elə geyinirki əslində açıq qızlardan çox daha çox seksual olur. İnsanın təbiətində gizli və gizli olana qarşı maraq hər vaxt olmuşdur. Xüsusilə bəzi hicablıların yüksək dikdaban, açıq və dekoltə ayaqqabıları müsəlmanı belə yoldan çıxarar nəinki dinsizi..

- Hicabı kamuflyaj üçün istifadə edirlər. Bir açsalar nələr töküləcək altından.

-Soruşanda Allah qorxusundan başlarını örtdük deyirlər! Başı açıq qızlara fahişə gözüylə baxırlar bu bağlılara nə deyəcəklər bəs fahişənin böyüyümü :)

Belə yüzlərlə, minlərlə şərh var. Amma çoxunu yazsam mənim kimi sizin də əsəbiniz sakitləşməz.

İndi o utanc dolu sualı soruşaq..



Bu fotoşəkil gerçəkmi?

Hicab geyinən bir qız və ya qadın bir yığıncağa belə bir geyimlə qatıla bilərmi? Bir qadın belə bir paltarla küçəyə çıxar və ya izdihamlı bir yığıncağa qatılarmı?

Əgər öz fikirləriniz varsa və bir atdan daha dar qəliblə həyata baxırsınızsa bu suala verəcəyiniz cavab olar..

Amma deyildə deyil.

O fotoşəkil, o fotoşəkili çəkən saxta, geydirmə..

Yuxarıda yarı çılpaq fotoşəkilini gördüyünüz o gənc qız kompüter mühitində photoshop deyilən alət sayəsində soyundurulur və milyonların önünə hədəf olaraq atılır təəssüf ki,..

Ya da aşağıda gördüyünüz kimi, çadralı bir qadının əlinə içdiyi suyun yerinə pivə şüşəsi qoyula bilinir..





Bəli qəbul edirəm. Mənim də küçədə gördüyüm, hicablı amma absurd geyimli, qəribə hərəkətlər sərgiləyən gənc qızlar az deyil..

Hətta bəzən qısa ətəkli, yarı çılpaq gəzən hicabsız gənc qızlara da rast gəlirəm..

Amma bu günə qədər heç, "Görəsən hansı namuslu, hansı daha az fahişə" deyə düşünmədim.. Belə bir ayrı-seçkiliyə düşmənin qarınında 9 ay 10 gün keçirdiyimiz qadınlara da təhqir olacağını fərz etdim həmişə..

Amma düşünəni gördüm.. Hətta düşündürtməyə çalışanı da gördüm..

Bir böyüyüm, "Jurnalistlərin 1 gündə gördüyünü, yaşadığını normal həyat sürən insanlar 1 ildə görə bilməz" deyərdi.


Sözümün canı o ki...

Artıq o günlər geridə qaldı..

İndiki dövr namuslunu photoshopla namussuzlaşdırma dövrüdür...


Tarix: 14.05.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri