beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakteriyalar qadınları daha çox "sevir"

Sağlamlıq və sağlam həyat tərzi daim alimləri və ictimaiyyəti düşündürən əsas məsələlərdən olub. Bu mövzu müxtəlif zamanlarda ayrı-ayrı alimlər tərəfindən təcrübələrlə sınaqdan keçirilib. Bu dəfə isə amerikalı bioloqlar insan ətrafında mövcud olan bakteriyaların miqdarına dair araşdırma aparıb. Yerli mətbuatın yazdığına görə, araşdırma bakteriyaların zərif cinsin nümayəndələrini daha çox "sevdiyini" üzə çıxarıb. Məlum olub ki, qadının ətrafında - iş masasında, telefonunda, işlədiyi kompüterin "siçan"ı və klaviaturasında, siyirmələrində və digər şəxsi əşyalarında bakteriyalar kişilərlə müqayisədə düz 4 dəfə artıq olur. Alimlər bunun səbəbini də müəyyənləşdirib: xanımların daha çox istifadə etdikləri müxtəlif kosmetik maddələr, həmçinin əl kremləri bu mikroorqanizmlərin yaşaması üçün münbit məkandır.


Tarix: 14.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri