beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdə ürək çarpıntısının səbəbləri.....

Əgər ürək döyüntünüz uzun müddət davam etsə mütləq bir mütəxəssis həkimə görünməniz vacibdir

Ürəyin sanki sinə qəfəsindən çıxacaqmış hissi verən ürək döyüntüsü ümumiyyətlə çaxnaşma duyğusuna və nəfəs alıb vermədə çətinlik çəkməyə səbəb olar. Hər insan zaman - zaman ürək bunu yaşaya bilər və xüsusilə qan sıxlığının artdığı, progesteron hormonu səviyyəsinin yüksəldiyi və doğum stressinin yaşandığı hamiləlikdə ürək çarpıntısı olduqca normaldır.


Hamiləlikdə Ürək Çarpıntısının Səbəbləri


Artan Qan Həcmi: Hamilə bir qadın hamilə olmayana görə 50 % qədər daha çox qana malikdir. Bu nisbətdə qan artımı körpənin inkişafı və ananın normal həyatını davam etdirməsi üçün lazımlıdır. Qanın yarı yarıya artması isə ürəyin daha çox işinə səbəb olar. Artan qan ilə birlikdə ürəyin daha çox çalışması və qan təzyiqini nizamlaması zaman zaman ürək çarpıntısı kimi hiss yaradır.Bu tip çarpıntılar saniyələrlə ölçülə biləcək müddətlərdə davam edər və özbaşına keçər.

Progesteron: Hamiləlik dövründəki qadınlarda yaşanan fiziki və romantik dəyişmələrin bir parçası olan progesteron hormonu bu dövrdə bədən tərəfindən daha çox ifraz olunmaqdadır. Hormonun təsirləri arasında ürək atışının sürətlənməsi də olur. Xüsusilə hamiləliyin ilk həftələrində bətndəki qan dövranını artırmaq üçün dövrəyə girən hormon bu dövrdə ürək ritmində pozuqluqlara yol aça bilər.

Stress: Hamiləlik dövrü bədəndə yaşanan dəyişikliklər, ağrılar və doğuma yaxınlaşdıqca artan narahatlıq səbəbiylə olduqca stressli bir dövr ola bilər. Stress səbəbi nə olursa olsun ürəyin iş yükünü artırar daha sürətli işinə yol aça bilər. Bu səbəblə hamiləlik boyunca yaşanan periodik çarpıntı ebəs yerə deyil.


Tarix: 14.05.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri