beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl yerişin sirrini öyrən.

Hansı bir xanım istəməz ki, gözəl görünməsin. Bu gözəlliyin içərisində yeriş xüsusi yer tutur. Yerişi elə yerimək lazımdır ki, əks cinsin nümayəndəsi görəndə özlərini itirsinlər. Bunun üçün təkcə düz və yaraşıqlı ayaqların olması ilə yanaşı yeriməyi də bacarmaq vacibdir. Moda nümayişinə tamaşa edəndə modellərin möhtəşəm yerişindən adamın başı hərlənir və fikirləşirsiniz: ”Mən də belə yeriyə biləydim”. Lakin podium yerişini hardagəldi yerimək də olmaz. Məsələn, ərzaq mağazasında belə yerişə hamı qeyri-adi baxacaqdır. Bəs necə yeriməli?
Birinci qayda: iti yerişlə yeriməyin. İşə, işgüzar, romantik görüşlərə yollanarkən ehtiyyat kimi yola da zaman ayırırıq.
İkinci qayda: geniş addım atmayın. Mütəxəsisslərin rəyinə görə, addımın uzunluğu pəncənin uzunluğuna bərabər olmalıdır. Fikirləşəcsiniz ki, bu qəribə yerişdir. Amma yoxlamağa dəyər. Və şahidi olacaqsınız ki, bu nə qədər rahatdır.
Üçüncü qayda:pəncəni düz qoymalı. Hərəkət zamanı dabanlar düz xətt üzrə olur, ayaqların uc hissəsi isə müxtəlif tərəflərə çevrilir. Əvvəlcə ayaq, sonra isə korpus hərəkətə gətirilir. Amma hər addımda yüngülcə də olsa atılmaq olmaz. Sıçrayışla yeriməkdən fərqli olaraq rəvan yeriş xanımlara xüsusi gözəllik verir.
Gözəl yeriməyin əsas şərti düzgün və gözəl qamətdir. Qamət insanın oturmuş və ayaq üstə olan manerasıdır.
Düzgün qamət: baş və korpus bir şaquli, sinə bir qədər qabardılmış, qarın nahiyəsi dartılmış, çiyinlər isə bərabər tarazlıq vəziyyətində olur. Güzgü qarşısında duraraq başımızı düz tutur və çiyinlərimizi bir xətt üzrə düzəldirik. Bir qəqiqə bu vəziyyətdə qaldıqdan sonra gözlərimizi yumur, başımızı bir qədər hərəkət etdiririk, nəfəs alaraq çiyinlərimizi tərpədirik və sonra əvvəlki düzgün vəziyyətə qayıtmağa çalışırıq. Gözlərimizi açaraq özümüzü yoxlayırıq.
Belə bir təklif var ki ,belibükük və düzgün olmayan yeriş özünə inanmayan xanımların bir növ qismətidir. Özümüzə diqqət yetirməli və gözəl görünməyə çalışmalıyıq.


Tarix: 13.05.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri