beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənbəllik cavanlaşdırır!

“Tənbəlləşmək”-gənc qalmağın yeni açarı... Qulağa necə də xoş gəlir, elə deyilmi?
Bu günlərdə gözəlliklə bağlı yeni bir şüar qadınların marağını çəkib...Enerjinizi azaldın, gənc qalın
Hər yerdə oxuyuruq; maddələr mübadiləsi nə qədər tez işləyərsə, bədən də öz görünüşünü və təravətliliyini o qədər qoruyur. Amma mütəxəssislərdən soruşsanız, bu tamamilə yalnışdır. Aparılan bir çox araşdırmaya görə, yavaşlayan maddələr mübadiləsi uzun yaşamağın sirlərindən biridir. Bədən istiliyində və maddələr mübadiləsində meydana gələn azalma, hüceyrələrin və orqanların yaşlanmasına səbəb olan sərbəst radikalların meydana gəlməsinə mane olur. Xərçəng, iltihab və digər xəstəliklərinin qıcıqlandırıcıları da daha az istehsal edilməyə başlayır. Bu zaman nə etmək lazımdır?


Həyatı yavaşlatmaq gənc saxlayır
Dərinin yenilənməsi üçün zamana ehtiyacı vardır. Bu günə qədər biz həmişə düşünürdük ki, hüceyrələr özünü nə qədər sürətlə yeniləyərsə, qırışlar da bir o qədər gec yaranır. Mütəxəssislər isə bunu zamanın əksinə işlədiyini ifadə edir. Hər hüceyrə bölünməsində xromosomların uclarını meydana gətirən telomerlər qısalır. Minimum uzunluğun altına düşdükdə isə hüceyrələrin bölünməsi artıq mümkün olmur. Toxumalar sərtləşir, burada isə öz elastikliyini itirmiş dəri qalır. Bunu kəşf edən bir çox kosmetika markası son illərdə məhsullarının içinə yosunları da əlavə edib. Yosun ekstremləri, hüceyrənin öz ritmində yeniləşməsi üçün çəpərini yenidən yaratmasına köməkçi olur.


Tarix: 12.05.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri